Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyi

Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyiBəzən yollar heç gözləmədiyin anda kəsişər. Bir neçə fərqli insan, bir neçə fərqli həyat, bəzən isə həyatları kimi ölümləri də eyni olur…
Sonda o insanlar öz taleləri ilə birlikdə bir hekayədə birləşərlər. 
Elə Anar Məmmədxanov, Cabir İmanov və Elçin Həmidov kimi...
Onların hər üçünü KVN və Parni iz Baku səhnəsi birləşdirsə də, eyni taleni yaşamaq da Allahın bir yazısı idi...
azxeber.com xəbər verirki, hər üç aktyoru birləşdirən ən ağır bağ isə cavan yaşda və eyni səbəbdən vəfat etməkləri oldu.
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, sabiq millət vəkili və "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov 2011-ci ilin 23 aprel tarixində qəfil ürəktutmasından vəfat edib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, o, ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib. Ölüm xəbəri ictimaiyyətdə dərin kədər doğurub. O, vəfat etdiyi zaman cəmi 40 yaşında idi.
Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyiAzərbaycan mədəniyyətinə özünəməxsus töhfələr vermiş, milyonların qəlbində silinməz iz qoymuş əməkdar artist Elçin Həmidov da 52 yaşında ürəktutmasından vəfat edib. Onun nəşi FHN əməkdaşlarının evinə girməsindən sonra aşkarlanmışdı.  
Teatr və televiziya tamaşalarından tutmuş, filmlərdə canlandırdığı obrazlara qədər hər rola həyat verən Elçin, istər komik, istərsə də dramatik səhnələrdə öz təbiiliyi ilə seçilirdi. 
Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyiVə Cabir İmanov... Cabir İmanov, 1992-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvü olub, komanda 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci ildə ŞHK "Əsrin Çempionu" olmuşdur. 
O bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var.
Onların hər üçü ürəktutmadan vəfat etdi... - KVN-çilərin oxşar taleyiAysel Hacızadə

Şou Biznes     Baxılıb: 1169   Tarix: 30 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

turlar.az

hamiləlik geyim seçimi geymler 2026 tük tökən xəyanət qanda viruslar silikon dodaq kosmetika sperma haxisda novruza aid hakistalar vidyolar gulmeli hakista