Orqanizmin müdafiəçisi, yoxsa düşməni?

Orqanizmin müdafiəçisi, yoxsa düşməni?O, həm orqanizmin müdafiəçisi, həm də düşmənidir. Müdafiə tərəfini tez-tez qabartsaq da, çox vaxt bizi öldürəcəyinə inanmırıq. Söhbət trombdan gedir. Son vaxt bu problem haqqında tez-tez eşidir, xəstəliyin cavanlaşmasını müşahidə edirik. Son illərdə vaxtsız ölümlərin əksəriyyətini də tromblarla əlaqələndirirlər.
Bəs trombun yaranma səbəbləri nədir? Müdafiəçimiz düşmən mövqeyini yerinə yetirdikdə orqanizmdə hansı fəsadları yarada bilər?
Ürək-damar cərrahı Elvin Məmiyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, tromboz canlı orqanizmdə qan elementlərinin ürək, ağciyər və digər daxili orqanlarda, aşağı və yuxarı ətrafın damarlarının daxilində yapışması və pıxtı-tromb əmələ gəlməsi prosesidir: "Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq tromba səbəb ola bilir. Bundan əlavə, reproduktiv dövrlərində olan xanımlarda hamiləlik əleyhinə istifadə olunan hormonal dərman preparatları, ailənin başqa fərdində tromboz keçmişinin olması, hamiləlikdə, onkoloji müalicə alan xəstələrdə, bəzi gen mutasiyaları olan insanlarda tromboz riski daha yüksək olur". 
Həkim bildirir ki, tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur: "Əgər arteriyada tromboz olarsa, bu hansı orqandadırsa, orada qan axımı azalır, toxumalar qan, oksigen və digər qida elementlərindən məhrum olduğu üçün işemiya-infarkt dediyimiz tablo ortaya çıxır. Məsələn, ürəkdəki arterial tromboz miokard, yəni ürək infarktına, beyinə gedən şah damar trombozu iflicə gətirib çıxarır. Əgər arteriyada yox, venalarda tromboz olarsa, bu da hansı orqanda olmasına görə fərqli təzahürlərlə özünü göstərir. Məsələn, böyük vena damar qruplarında olan trombozlarda pulmonar emboliya dediyimiz və ciddi ölüm riski olan xəstəlik ortaya çıxır".
Mütəxəssisin sözlərinə görə, tromb xərçəngdən də ağır xəstəlik hesab edilməlidir:  "Hər nə qədər cəmiyyətdə az bilinsə də, xərçəng və digər xəstəliklərdən daha çox ölümə səbəb olan xəstəlik qrupu elə trombozlardır. Amma müayinə üsullarının və müasir tibbin inkişafı bu xəstəliklərə daha erkən diaqnoz qoymağa imkan verir. Təbii ki, qidalanma, genetika, iqlim şəraiti xəstəliklərin geniş yayılmasında rol oynayır". 
Texnologiyanın inkişafı ilə insanların daha çox oturaq həyat tərzinə öyrənmələri müasir dövrdə venoz trombozlara yol açır. Həkim bildirir ki, cəmiyyət olaraq tənbəlləşməyimiz bu xəstəlikləri də həyatımıza dəvət edir: "Hazırda venoz sistemin trombozları arterial trombozlara görə daha çox yayılıb. Çünki oturaq həyat tərzinin müasir dövrdə aktiv həyat tərzinə nəzərən çox olması, texnologiyanın inkişafı ilə hər şeyin "əlçatan" olması cəmiyyət olaraq tənbəlləşməyimizə, bu da venoz trombozlara yol açır. Birbaşa xəstəliyə səbəb olan risk faktorlarından elə ən öndə gələni passiv həyat tərzidir".
Trombozlarla bağlı cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez səsləndirilən fikirlər peyvəndlərin tromb xəstəliklərini akitvləşdirməsidir. Həkim bildirir ki, pandemiya dövründə peyvənd və tromb arasındakı əlaqənin müzakirəsi aktual idi: "COVID və yaxud digər hər hansı bir infeksion xəstəliyin peyvəndi tromb əmələ gətirmir. Araşdırmalar göstərir ki, COVID-ə yoluxmuş şəxslərdə tromboza meyillilik olurdu. Lakin bunun peyvənd olub-olmamaqla bir əlaqəsi yoxdur".
Həkim bildirir ki, tromb əgər arterial sistemdədirsə, hansı orqanda olmasından asılı olaraq, simptomu fərqli olur: "Məsələn, əldə və ayaqdadırsa, soyuqluq, rəngin solğunlaşması və şiddətli ağrı ilə özünü göstərir. Yaxud da ürəkdədirsə, infarkt, beyindədirsə, iflic olur və s. Əgər venoz sistemdə bir tromb olarsa, məsələn, əldə və ayaqda ciddi şişlik, orta şiddətli ağrı görərik. Venoz sistemdəki tromb ağciyər damarlarına atarsa, olduqca yüksək ölüm riski olan pulmonar emboliya ilə özünü göstərir. El arasında "tromb atdı öldü" deyilən xəstəlik də elə məhz budur".
Həkim vurğulayır ki, trombozun qarşısını almaq üçün iş-ofis şəraitində, xüsusilə orta yaş sonrası insanlar 45-60 dəqiqə aralıqlarla oturduğu yerdən qalxmalı, bir neçə dəqiqə yeriməlidirlər. Uzun avtomobil səyahətlərimizdə iki saatdan bir dayanıb qısa fasilə verməli və yeriyərək qan dövranını sürətləndirməliyik. Bunlarla yanaşı, günlük gəzinti, üzmə və digər idman hərəkətlərini alışqanlıq halına gətirməliyik.  
Müalicə metoduna gəldikdə isə, həkim bildirir ki, trombun müalicə taktikası genişdir. Təbii ki, müasir üsullarla həm tibbi, həm cərrahi, həm də endovaskulyar olaraq anjio laboratoriyasında tromboza yönəlik müalicə üsulları tətbiq edilir.
Məlumdur ki, insanlar trombla mübarizə aparmaq üçün tez-tez qan duruldan dərmanlardan istifadə edirlər. Türk həkim Mert Dumantepe deyir ki, həkim məsləhəti olmadan bu dərmanların yerli-yersiz istifadəsi xəstənin həyatında ciddi təhlükə yaradır: "Qan durulaşdırıcı dərmanlardan istifadə qan laxtasını əritmir. Laxtanın genişlənməsinə və qopan parçanın digər orqanlara keçməsinə əngəl olur, amma bu, xəstəliyi müalicə etmir. Çox istifadə etdikdə isə ciddi qanaxmaya səbəb olar, bu da xəstənin həyatını təhlükəyə ata bilər".
Həkim vurğulayır ki, dünyada hər il 3 milyondan çox xəstə tromb səbəbindən ölür: "Dərin damar trombozuna (DVT) hər il 10.000 insandan dördündə rast gəlinir. 60 yaşdan yuxarı insanlarda onun tezliyi bir faizə qədər arta bilər. Nəzərə alsaq ki, bu göstərici hər il ABŞ-də döş xərçəngi və QİÇS-lə bağlı ölümlərin ümumi sayından çoxdur, xəstəliyin ciddiliyi bir daha özünü büruzə verir". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1291   Tarix: 10 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

toy makiyaji sekilleri qaşların formalari qadın geyimi uşaq geyimləri gozalti qaralar ucun zirincin faydaları qripdən qorunmaq kosmetika google haqisda arxadan olmag zəhmət novruz hakısdası