"Övladlarımın bunu bilməsini istəmirəm" - Çağla
Tanınmış model-aparıcı Çağla Şikel ötən gün məkanlardan birindən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, "Haqqınızda çıxan həbs xəbərləri doğrudurmu? Həqiqətən vergidən yayınmısınız?" sualına "Dostlar, bu barədə danışmaq istəmirəm. Lazımı açıqlamanə vəkilim edib" deyə cavab verib.
Daha sonra jurnalistin birinin "Bəs, Kuzey və Uzay bu barədə bilir? Analarının həbsi barədə nə düşünürlər?" sualına Çağla "Əlbəttə ki, oğlanları bilmir. Onların bunu bilməsini istəmirəm" deyərək yoluna davam edib.
Qeyd edək ki, 2013-cü ildə saxta çek sənədlərindən istifadə edərək vergi ödəmələrində saxtakarlığa yol verən Çağladan İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib. Onu 3 ildən 5 ilədək həbs gözlədiyi bildirilir.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin