"Pandemiyada ayrılıqlar çoxaldı, insanlar çarəsizləşib"
"Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.
Müğənni pandemiya səbəbi ilə tətbiq edilən qadağaların insanlara pis təsir etdiyini bildirib: "Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək, lütfən.
Qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, həlim, həssas olmalıdır, əzizlərim".









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?