Pandemiyadan sonra insanlarda bu xəstəliklər çoxalacaq – Hansı həkimlərin xəstəsi arta bilər?

Pandemiyadan sonra insanlarda bu xəstəliklər çoxalacaq – Hansı həkimlərin xəstəsi arta bilər?Koronavirus pandemiyası və karantində insanlar virusdan qorunduğu halda digər xəstəliklər və sağlamlıqları ilə bağlı yeni, hətta gözləmədikləri problemlərlə üz-üzə qalacaq. Mütəxəssislər karantin və pandemiya bitdikdən sonra daha çox sayda insanın müxtəlif həkimlərə müraciət edəcəyini proqnozlaşdırır. Bİr sözlə, poliklinika və xəstəxanalarda xəstə sayı rekord həddə çata bilər.
Milli.Az medicina.az-a istinadən postpandemiya dövründən hansı həkimlərin xəstə axınına məruz qalacağını təqdim edir:
1. Psixiatrlar - panik atak, nevroz, depressiya, obrussiv konsultiv pozuntular çoxalıb. Hazırda bir çox kişilər,gənclər, qadınlar, hətta yeniyetmələr panik atak tutmaları, virus səbəbindən ölüm qorxusu və beynin, sinir sisteminin daim gərgin olması səbəbindən nevrotik tutmalar keçirir. Sanki nəfəsin çətinləşməsi, sıxılma, əsmə, ürək çırpıntıları kimi simptomları digər xəstəliklərlə səhv salıb, yanlış həkimlərə müraciət edə bilərlər.
Epidemiyaya görə əlləri, geyimi, əşyaları, qidaları belə yumaq tədbirlərinin çoxalması bir çox qadınlarda obrussiv konsultiv pozuntular yaradacaq. Onlar postpandemiya dövründə də hər dəqiqə əl yumağa davam edəcəklər, bu isə artıq psixoloji problemdir.
2. Kardioloqlar - hərəkətsizlik, qorxu, stress, düzgün qidalanmamaq ürək-damar problemləri, damarların tıxanması, buna bağlı olaraq infarkt hallarını artıra bilər. Bu problem artıq indidən hiss olunur.
Eləcə də gənclər arasında ritm pozğunluğu, aritmiya çoxalacaq. Postpandemiya dövründə kardiocərrahların işi də artacaq. Çünki tıxanan damarları, qapaqları dəyişmək statistikası yüksələcək. Xüsusən virusdan qoruduğumuz yaşlı insanlar pandemiyadan sonra ürək çatışmazlığı və infarktın qurbanı olar. Ona görə də yaşı 40-dan yuxarı kişi və qadınlara elə indidən kardioloji müayinələrdən keçməyi tövsiyə edirik.
Evdə də olsaz gəzmək, gimnastika vacibdir. Yağlı qidalar yeməyin. İmkan tapan kimi bir saat gəzin.
3. Ağciyər üzrə həkimlər, terapevtlərə- Virusu gizli keçirənlərin, eləcə də sağalanların ağciyərlərində koronavirusun hələ də yan təsirləri qalacaq. Eləcə də karabtin dövründə çox siqaret çəkmək, evdə havasızlıq, stress və az maye qəbulu uşaqdan böyüyə kimi bronxit, XOBL, astma bronxit xəstəliklərinin başlanğıcını qoruya bilər.
Allergik mənşəli öskürək halları çoxalacaq. Məsləhətdir ki, pandemiyadan sonra hər kəs ağciyərlərini rentgen etdirsin.
4. Endokrinoloqlar - alimlər pandemiya sonrası diabet xəstəliyinin artacağını proqnozlaşdırır. Bu evdə qalmaqla çox yemək və hərəkətsizlik nəticəsində bədən ketlə indeksinin pozulması, qanda şəkərin artması və piylənmə ilə bağlıdır.
Pandemiyadan sonra gizli şəkər və insulin dirəncini yoxlatmaq üçün analizlər vermək lazımdır. Eləcə də hormonal disfunksiya, zob və s. kimi qalxanvari xəstəliklər daha çox sayda insanı, xüsusən gəncləri cənginə alacaq.
5. Psixoloqların - psixoloji, nevroloji problemləri olanlar, ciddi sosial maddi sıxıntı yaşayanlar, gələcəyinə görə narahat olanlar, baş verənləri emosional olaraq həzm edə bilməməsi insanları psixiatr və psixiloqların seanslarına üz tutmağa məcbur edəcək. Bu problemlərin həlli üçün şərt düzgün və savadlı psixoloqa müraciət etməkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1241   Tarix: 28 aprel 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin

Diyetoloq Andrea Matis təyyarədə uçuş zamanı bəzi içkilərdən uzaq durmağı tövsiyə edib. bildirir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, alkoqol, qəhvə, çay və enerji içkiləri susuzluğ

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

turlar.az

toy makiyajlari qaşların formalari sade makiyaj sekilleri qalin saclara qulluq evlilik ayaqqabi modelleri 2026 efirde soyunan aparici kosmetika damla səməd vurğun maska qurd xəstəliklərinə qarşı mualicə cinsi