""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLAR

""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLARFüzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: "Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət "papa, məni evə apar" dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və "Semaşko"nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur boğaza iki dəfə, bir dəfə ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz.
""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLARAfət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar".

Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.

Füzuli Rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, iş tam obyektiv araşdırılır: "Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhtəbə tibb ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir".

V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.
""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLAR""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLAR""Papa, məni evə apar" dedi, o an da keçindi" - 3 ay əvvəl gəlin köçmüşdü... - FOTOLAR

Xəbərlər     Baxılıb: 4843   Tarix: 27 fevral 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü