Partlayışda xəsarət alan ŞƏXS BAKIYA GƏTİRİLDİ: Vəziyyəti...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxs Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
Xanim.az "Report"-a istinadən xəbər verir ki, partlayışda yaralanan 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib.
O, bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndiriblər.
Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb. Onlardan beşi artıq evə buraxılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin