Pəhriz zamanı da dadlı yeməklər yemək olar

Pəhriz zamanı da dadlı yeməklər yemək olarHər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəvəzlərlə əvəz edib, duzu, yağı, çörəyi rasiondan çıxartmaq isə ləziz yeməkləri xoşlayan insan üçün əsl dəhşətdir. Arıqlamaq naminə gecələr ac yatmaq insanın yuxusuna da haram qatır. Bu rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir edir. Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə arıqlamaq olar?
Milli.Az Axşam.az-a istinadən bir çox qidalardan imtina etmədən saxlaya biləcəyiniz pəhrizi təqdim edir.
Pəhrizin məqsədi:
Bu pəhriz arıqlamağı problem edib, nəfsini cilovlaya bilməyən, iradəsiz tənbəllər üçün nəzərdə tutulub.
Dietik reseptlər:
Səhər acqarına meyvə yeyin, ya da istədiyiniz tərəvəzin şirəsini için.
Paştet:
Yağsız kəsmik və soyutma mal ətini maşından keçirib, 20 qr. süd ilə qarışdırın. Qarışığa xırda doğranmış şüyüd əlavə edib, zövqə görə duz və istiot tökün. Alınmış qarışığı istədiyiniz formaya salıb, süfrəyə verə bilərsiniz.
Soyutma balığı və yumurtanı ət maşınından keçirib, qarışığa 2 xörək qaşığı süd və xırda doğranmış cəfəri əlavə edib, qarışdırıb, formaya salın.
Salat:
Kələmin yarpaqlarını yuyub, qurulayıb, qaynar dəmirin üzərində qızardın. Kənarda ağ, duzsuz və
yağsız pendiri əzib, içinə krab çubuqları, doğranmış şüyüd və fındıq (badam) əlavə edib, qarışdırın. Duz və istiot çox az vurulur. Qarışıq kələmin içinə yerləşdirilib, bükülür və bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verilir.
İsti yemək: 
Balığı doğrayıb, duzlayıb, üzərinə yarım limonun şirəsini sıxın. Bir stəkan suya töküb, bişirin. Başqa qazanda isə 50 qr. yuyulmuş düyüyə xırda doğranmış tərəvəzlər, yarım stəkan ət bulyonu və 1 stəkan su töküb bişirin. Düyünü balıqla birgə boşqaba çəkib, süfrəyə verin.
Şirniyyatdan imtina edə bilməyənlərə:
Desert:
• Almaların qabığını soyub, iki yerə bölüb, tumunu və saplağını təmizləyib, üzərinə darçın töküb,
ağzıaşağı vəziyyətdə qazana yerləşdirin. Üzərinə yarım stəkan su töküb, vam odda bişirin. Desert
süfrəyə isti və soyuq halda verilə bilər.
• Meyvələri xırda-xırda doğrayıb, üzərinə qatıq (yoqurt) və bəhməz (bal) töküb, qarışdırın. Süfrəyə verəndə üzərinə fındıq (badam) rəndələyin.
Kokteyl:
• Yarım stəkan südün içinə sürtgəcdən keçirilmiş istənilən meyvəni (banan, əncir və üzümdən başqa) əlavə edib, darçın səpib, süfrəyə verin.
• İstədiyiniz meyvələri (banan, üzüm və əncirdən başqa) şirəçəkən maşından çəkib, içinə 1 çay qaşığı dondurma və çərəz əlavə edib, qarışdırın.
Diqqət!
• Pəhriz ərəfəsində ayaqüstü qəlyanaltıdan imtina etmək, şəkəri, duzu azaltmaq, çörəyi lavaşla və ya suxarı ilə əvəz etmək məsləhətdir.
• Gün ərzində aclıq hiss edirsənsə, qatıq ye, qara, yaşıl, meyvəli və ya bitki çayı iç.
• Axşam 6-dan sonra dəhşətli aclıq hiss edirsənsə, desert ye, ya da kokteyl iç. 
Pəhrizin nəticəsi:
• Artıq çəkidən xilas olmaq
• Özünü rahat və yüngül hiss etmək
• Qarın və aşağı ətrafdakı piyləri "yandırmaq"
• Sellülitdən azad olmaq
• Dərinin elastikliyini qorumaq
• Aşağı ətraflarda dəri yığılmasını və çöküntüləri hamarlaşdırmaq
• Təmiz və təravətli üz dərisinə sahib olmaq.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1466   Tarix: 22 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin dunyasi adlarin menasi aksessuarlar bəxtiyar vahabzadə zoğal mürəbbəsi hazırlanması cins salvarlar facebook geyim kombinasiyalari kosmetika dostluq bayati qaynana hakista veten haqqinda bayatilar hakista sozler