Polislə atışmada öldürülən "Qoca" haqqında daha bir heç kəsin bilmədiyi o SİRRİN üstü açıldı: Sən demə o... - FOTO

Polislə atışmada öldürülən "Qoca" haqqında daha bir heç kəsin bilmədiyi o SİRRİN üstü açıldı: Sən demə o... - FOTO"Çkalov" camaatı öldürülən avtoritetin həyatından nələr danışıb...

Yolumuz Hacıqabuladır. "Qoca"nın yas yerinə gedirik. Rayon mərkəzində "Qoca"nın ünvanını xəbər aldıq. Səsi xırıldayan, yaşlı biri siqaret istəyib kimliyimizlə maraqlanır. Cavabı gözləmədən "dön sağa, get dəmir yol xəttini keç, sola get, düz dəmir yol vağzalı ilə üz-üzə "Çkalov"dur. Evləri ordadı".
Hacıqabul dairəsindən Məmmədovların evinə qədər 2-3 kilometrlik dağınıq yol zülmət qaranlıqdır. Dəmir yol xəttinin kənarı ilə "Qoca"nın yaşadığı ünvana çatınca palçıqlı, çala-çuxur dolanbac yolları keçməli oluruq. Zülmətdən peyda olub tez də itən köhnəlmiş, işıqsız motosiklet sürücülərindən yolu soruşub birbaşa ünvana gedib çatırıq. Qapıda yas çadırı qurulub. Alaqaranlıqda çadırın çölündə toplaşanlardan öyrənirik ki, E.Məmmədovun nəşi hələ yaxınlarına təhvil verilməyib. Bakıda, mərkəzi morqda, müayinədədir. Yaxınlarına deyiblər ki, nəşi sabah onlara təhvil verəcəklər. Bir qədər əvvəl həbsdən çıxan Vüqar Məmmədov – "Qoca"nın özündən böyük qardaşı onun nəşini gətirmək üçün Bakıya gedib. Məmmədov qardaşları ataları Əkbər Məmmədovu illər əvvəl itiriblər. E.Məmmədovun özündən böyük 4 qardaşı olub. Onlardan biri dünyasını dəyişib. Qardaşları Azad, Akif, Vüqar da həbsxana həyatı yaşayıblar.
Həmsöhbətlərimizdən biri deyir ki, "Qoca"nın qardaşlarından Akif Məmmədov hazırda Qobustan qapalı həbsxanasında saxlanılır. A.Məmmədovu "Akula Akif" kimi təqdim edir həmsöhbətimiz. Deyir ki, Azad Məmmədov da illərdir ki, həbsdədir, başqa bir cəza yerində saxlanılır. E.Məmmədovun özünə gəlincə isə ilk dəfə həbsxanaya düşməsi oğurluğa görə olub. Orada nəzarətçini öldürüb. Həbsdən çıxandan sonra isə Hacıqabulda ətrafına xeyli gənc toplaya bilib. Onun xüsusi söhbət aparmaq qabiliyyəti gənclərin ətrafına toplanması üçün bir növ vasitə olub. Hacıqabulda xatırlayırlar ki, ətrafındakı gənclər "Qoca"nın bir sözü ilə istənilən addımı ata, gözünə xoş görünməyənləri cəzalandıra bilərdilər. Ətrafında olanlardan bu gün həbsə düşənlər də az deyil. "Qoca"nı rayonda kriminal avtoritet kimi tanıyanlar çoxluqdadır. Söhbətlər var ki, "Qoca" əvvəllər də həbs yerindən qaçıb. İddialara görə, vaxtilə Bayıl türməsində saxlananda, 2001-ci ildə o, 21 yaşında Bayıl türməsindən məhkəməyə aparılarkən nəzarətçılərin diqqətindən yayınaraq, qaça bilib. Həmin vaxt onu qısa bir vaxtda tutub yenidən həbs yerinə qaytarıblar...
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürməkdə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilmə cəzası istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Onlara bu işdə yardım edənlər olub.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb. Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib. Etibar Məmmədovun taleyi isə çox pis qurtarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.
Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov olub.
E.Məmmədov atışmada yaralanıb və ölüb.
Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.
Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.
"Yeni Müsavat"

Xəbərlər     Baxılıb: 6844   Tarix: 03 noyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

donlar 2026 qaşların formalari maskalar güllərin mənası emulqatorlar sümük və saç qış tədarükü salatlar kosmetika aysel vətən həsrətinə aid bayatılar nizami gencevi geyim rus dilini öyrənək