Prezidentin əlini öpdüyü ağbirçək - "Allaha inandığım kimi inandım ki, o, gələcək" - VİDEO

Prezidentin əlini öpdüyü ağbirçək - "Allaha inandığım kimi inandım ki, o, gələcək" - VİDEOŞamaxıda dövlət başçısının görüşdüyü və xüsusi münasibət göstərdiyi 91 yaşlı Saray Eyvazova həmin anın təəssüratlarını "Xəzər Xəbər"ə danışıb.

Xanim.az-ın xezerxeber.az-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin Şamaxıda baş vermiş zəlzələ ilə bağlı bu bölgəyə səfərindən sonra həmin görüntü medianın və sosial şəbəkələrin əsas gündəminə çevrildi.

Dövlət başçısının vətəndaşlarla səmimi davranışı və milli adət-ənənələri öz hərəkətlərində yaşatması diqqətlərdən yayınmadı. Məhz insanların bu marağını nəzərə alan "Xəzər Xəbər" dövlət başçısının görüşdüyü 91 yaşlı Saray nənənin qonağı oldu.

Şamaxı rayonu, Salman Mümtaz küçəsi 33 ünvanında yaşayan Saray Eyvazova deyir ki, zəlzələ nəticəsində evlərinin dağılması narahatlıq yaratsa da, prezidentin bütün olanlarla şəxsən maraqlanması onlarda böyük arxayınlıq yaradıb.

Saray nənə bildirir ki, prezidentlə görüşü zamanı onu ən çox təsirləndirən dövlət başçısının onunla böyük hörmətlə görüşməsi olub.

Saray Eyvazova bildirir ki, dövlət başçısının bu addımı onların dövlətə inamını daha da artırıb.

Qeyd edək ki, dövlət başçısı Şamaxıya səfəri zamanı bir sıra vətəndaşların zəlzələ nəticəsində dağılmış evlərinə baş çəkib və dağıntıların aradan qaldırılması, eləcə də evi yararsız vəziyyətə düşənlərin yeni mənzillərlə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Hazırda aidiyyəti dövlət qurumları verilən tapşırıqların icrası ilə məşğuldurlar.

Xəbərlər     Baxılıb: 1387   Tarix: 09 fevral 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

maskalar gozel gorunmek aksessuarlar arvaddan icaze kagizi turşu resepti usaq masajlari qadın ətirləri kosmetika efsaneler sac modelleri cantalar janrlar atalar sözü