Professor: Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir

Professor: Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyirHazırda tətbiq olunan sərt karantin rejimi nəticəsində yoluxma sayında nisbi sabitləşmə müşahidə olunur. Lakin sərt karantin tədbirləri uzun zaman ərzində davam etməsə də, karantin rejimi bir müddət tətbiq olunacaq. Bu zaman bir sıra məhdudiyyətlər aradan götürülsə də, bəzi kütləvi toplanma yerləri tam bağlı saxlanılmalıdır. Nəqliyyatın işini tənzimləmək lazımdır. Elə edilməlidir ki, insanlar ictimai nəqliyyata maskasız daxil olmasınlar, o cümlədən sıxlıq yaranmasın. Mental məsələlərdə bir az dəyişiklik olmalıdır. Vətəndaşların biri-biri ilə əllə salamlaşması, qucaqlaşması, öpüşməsi halları aradan qaldırılmalıdır. Yas mərasimlərində kütləvi toplanma hallarına yol vermək olmaz. Dünyasını dəyişən şəxs COVID-19 infeksiyasına yoluxaraq vəfat edibsə, onun yaşadığı ev infeksiya ocağı kimi təhlükə mənbəyi sayılır. Vətəndaşlardan belə məsələlərdə diqqətli olmaq tələb olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "TƏBİB" Elmi Komitəsinin sədri, mikrobioloq, professor Akif Qurbanov deyib.
O, həmçinin deyib: "Koronavirus infeksiyası 20-30 faiz hallarda simptomsuz, 50 faiz hallarda isə daha çox qrip əlamətləri ilə müşahidə olunur. Təxminən 20 faiz hallarda isə xəstəliyin fəsadlaşması baş verir. Koronavirusun orqanizmdə daxil olduğu yer ağciyər hüceyrələridir. Qrip virusu çox az hallarda pnevmoniyaya səbəb olur, lakin koronavirus pnevmoniya ilə ağırlaşır və arzuolunmaz nəticələrə səbəb olur: bəzən uzunmüddətli müalicələr tələb olunur, bəzən ölüm halları ilə üzləşirik. Xəstəliyin ağır hallarında isə hansısa qalıq əlamətləri ilə rastlaşırıq. Belə ki, ağciyər zədələnir və istənilən riskə qarşı həssaslıq yaranır.
Epidemik proses üç halqadan ibarət bir zəncirə bənzəyir. Halqanın birincisi infeksiya mənbəyidir, yəni xəstəliyə yoluxmuş şəxsdir, ortadakı halqa yoluxma yolu, üçüncü halqa isə həssas insandır. Həmin halqalardan biri olmayanda epidemiya sönür və ona görə halqalardan birini mütləq qırmaq lazımdır. Təəssüf ki, hazırda infeksiya mənbəyinə qarşı konkret mübarizə tədbiri aparmaq mümkün deyil, çünki hələ virus əleyhinə spesifik preparat aşkar edilməyib. İndiyə qədər bu sahədə müxtəlif preparatlar təklif olunsa da, onların heç biri tam səmərəli deyil. Xəstə, yəni infeksiya mənbəyi təcrid edilməlidir ki, onu başqalarına yoluxdurmasın. Pandemiya dövründə həmin həlqəni qırmaq üçün maska taxılmalı, iki metr sosial məsafə saxlanılmalı və əl gigiyenasına diqqət yetirilməlidir. Peyvənd tapılmadığına görə üçüncü halqa olan sağlam insanlar özlərini qorumalıdırlar. İlk növbədə, onlar maska taxmaqla yoluxmamağa çalışmalıdırlar. İkincisi, profilaktik müalicənin tətbiqi ilə virusdan mühafizə olunmaq olar. Yəni, sağlam insan xəstə yaşadığı evə gedibsə, yoluxuculuğu şübhə doğuran insanlarla təmasda olubsa, artıq profilaktik müalicə məsələsi meydana çıxır. COVID-19-un müalicəsində faydalı olan preparatlar az miqdarda profilaktik məqsədlə istifadə edilir. Həmin preparatları yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Sağlam qidalar, yəni meyvə-tərəvəz qəbul etmək və həkim məsləhəti ilə polivitamin preparatlarından istifadə etməklə immun sistemini gücləndirmək lazımdır. Hələlik bundan başqa səmərəli müdafiə variantı yoxdur".
Professor bildirib ki, hazırda yoluxma sayı artdığına görə ev şəraitində müalicəyə icazə verilib. Xəstənin evdə qalaraq müalicə olunması da yoluxma ehtimalını çoxaltdığına görə vəziyyət gərginləşir. Yəni həmin evdə, həmin mənzildə yaşayan başqa insanların qorunması məsələsi meydana çıxır, çünki xəstə olan ev infeksiya mənbəyidir: "Bu sahədə bizim təkliflərimiz var. Belə olanda dezinfeksiya işləri ön plana çıxır. İki cür dezinfeksiya var: gündəlik və yekunlaşdırıcı. Gündəlik dezinfeksiya işini hər gün xəstənin ailə üzvləri aparırlar və dezinfeksiya edilməli yerlər məlumdur. Yekunlaşdırıcı dezinfeksiyanı isə xəstə müalicə müəssisəsinə götürüləndən sonra gigiyena-epidemiologiya mərkəzləri təşkil etməlidirlər. Bu barədə dezinfeksiya stansiyaları və sahə həkimləri məlumatlı olmalıdırlar. Xəstə stasionar müalicəyə alınandan sonra infeksiya ocağı aradan qaldırılmalıdır. Yekunlaşdırıcı dezinfeksiya tibbi orqanların işidir. Xəstənin ev şəraitində izolə edilməsi haqqında TƏBİB tərəfindən xüsusi protokollar hazırlanıb və orada dezinfeksiya ediləsi sahələr və istifadə edilməli dezinfeksiyaedici məhlulların adları da əks olunub.
Koronavirus infeksiyası ətrafımızda 2 gündən 9 günə qədər yaşayır. Virusun üzərinə Günəş şüaları düşəndə öz infeksiya qabiliyyətini bir neçə saatdan çox saxlaya bilməz. Lakin nəm və qaranlıq mühitə düşəndə onun yaşamaq müddəti uzanır və dezinfeksiya olunmadıqda orada 9 günə qədər qalır".
A.Qurbanov deyib ki, mutasiya cəhətdən təhlükəli olan RNT tərkibli iki virus var: "Onlar içərisində qrip virusu və koronavirusu xüsusi qeyd etmək istərdim. Həmin viruslarda mutasiya gedə bilər. Hazırda koronavirusun mutasiyası getsə də, proses tam baş vermir, yəni virus sadəcə müəyyən dəyişikliklərə uğrayır. Mutasiyanın iki cəhəti var. Virus mutasiyaya uğrayıb virulentliyini, yoluxma qabiliyyətini daha da gücləndirə bilər. Bu gün daha çox ağciyəri, sabahı gün daha çox böyrəkləri və ya başqa orqanları zədələyər. Tam mutasiya olunanda bunları gözləmək olar. Digər tərəfdən mutasiya nəticəsində virusun infeksionluğu azalar və o, adi qrip, klassik koronavirus kimi ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1539   Tarix: 10 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim və ayaqqabılar yay kolleksiyasi kosmetik vasiteler 2026 donlari qadın kosmetika çimərlik dəbi kısa saç düzümləri kosmetika bürcler englishdilində qulaq gulmeli hakista kokelmek vətən haqqında atalar sözləri