Qaçırdığı qız bakirə çıxmadı, sonra... - Azərbaycanda BİABIRÇI OLAY

Qaçırdığı qız bakirə çıxmadı, sonra... - Azərbaycanda BİABIRÇI OLAYBiləsuvar rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Amil Məmmədovun (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Asəf Həsənlinin bacısı Samirə Beyləqan rayon sakini Nurəli Kərimov ilə evlənib.

Bacısının bakirə olmamasını yaydı

Amma sonradan Samirənin bakirə olmadığını əsas gətirən Nurəli ondan ayrılıb. Samirədən ayrılan Nurəli Samirənin bakirə olmaması barədə ayrı-ayrı şəxslərə danışıb.

Buna görə də Amil Nurəli Kərimovu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, 22 dekabr 2017-ci il tarixdə saat 20 radələrində Nurəli Kərimovun idarə etdiyi "Slavita" markalı avtomobildə Beyləqan şəhəri, Ramiz Abbasov küçəsində Mahmud Ağayevə məxsus mağazanın qarşısında dayandığını görüb.

Qisas cinayəti

Amil Məmmədov avtomobildə sükan arxasında olan Nurəli Kərimovu qəsdən öldürmək məqsədi ilə ürək nahiyəsinə dörd dəfə ardıcıl zərbə vurub. Amma Amil Məmmədovun vurduğu zərbədən Nurəlini əynində olan qalın gödəkcəsi xilas edə bilib.

Onu gödəkcəsi xilas etdi

Əynində qalın gödəkcəsi olan Nurəlinin ürəyinə bıçağın dəyməsi mümkün olmayıb. Ürək nahiyəsi ətrafında xəsarətlər alan Nurəlini hadisə şahidləri xəstəxanaya çatdırıb.

Vaxtında Nurəli Kərimova tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Amil Məmmədov həbs edilib.

Həbs və ittiham

İstintaq orqanı tərəfindən Amil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

"Bacım haqqında şayiələr yayıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmişi öldürmək niyyəti olmayıb: "Mən Nurəlini qorxutmaq istəmişəm. Buna səbəb onun bacım barəsində rüsvayedici şaiyələr yayması, bu səbəbdən ona xəbərdarlıqlar etməyimə baxmayaraq yaymaqda davam etməsi olub".

"Bacımın bakirə olmadığını deyiblər"

Təqsirləndirilən şəxs qeyd edib ki, qohumluq münasibətləri olan Nurəli Kərimov onun bacısı Samirə ilə ailə qurmaq məqsədi ilə 2017-ci ilin iyul ayında özü ilə Bakı şəhərinə aparıb, sonra isə Beyləqan şəhərində yerləşən evinə gətirib: "Bacım ilə on-on beş gün yaşadıqdan sonra onun bakirə olmadığını əsas gətirməklə geri qaytarıb. Bundan sonra bacım Elşən adlı digər şəxsə qoşularaq getməklə onunla ailə qurub. Lakin Nurəli Kərimov və onun ailə üzvləri Elşənə, valideynlərinə zəng vurub, bacımın onunla evlənərkən bakirə olmadığını bildiriblər. Bundan sonra Elşən də bacım ilə yaşamaq istəməyib. Nəticədə bacım evimizə qayıdıb".

"Mağazadan idman papağı aldım və başıma qoydum"

Amil Məmmədov qeyd edib ki, Nurəli Kərimovu bacısının barəsində şayiələr yaydığına görə öldürmək qərarına gəlib: "Bu məqsədlə dekabrın 22-də, saat 18 radələrində Beyləqan şəhərinə gəldim, Nurəlinin sürücü işlədiyi Beyləqan rayon mərkəzi xəstəxanasının yaxınlığına getdim. Orada onun işdən çıxmasını gözlədim. Lakin Nurəli işdən çıxmadı. Sonra Nurəligilin evləri tərəfə getdim. Evlərinin yaxınlığında yerləşən çayxanada bir neçə nəfərlə birlikdə olduğunu gördüm. Küçədə dayanaraq Nurəlinin çayxanadan çıxmasını gözlədim. Təxminən yarım saat gözlədikdən sonra Nurəli çayxanadan çıxdı, evlərinə tərəf getməyə başladı. Nurəlinin məni tanımaması üçün yaxınlıqdakı mağazadan idman papağı aldım və başıma qoydum. Sonra Nurəlilin evi istiqamətdə getdikdə onun idarə etdiyi avtomaşını mağazanın qarşısında gördüm. Sağ tərəfdən avtomaşına yaxınlaşdıqda Nurəlinin sükan arxasında oturduğunu gördüm".

"Başımıza nə oyun açırsan, özünü nə hesab edirsən"

Amil Məmmədovun sözlərinə görə, avtomaşının qabaq sağ qapısını açıb və avtomaşına əyləşib: "Bu zaman Nurəli məni gördü və avtomaşından qaçmaq istədi. Lakin sol əlim ilə Nurəlinin yaxasından tutdum, qaçmasına imkan vermədim. Bu zaman Nurəli qışqırmağa başladı. Həmin vaxt Nurəliyə "başımıza nə oyun açırsan, özünü nə hesab edirsən", - deyərək bıçaqla onun ürək nahiyəsinə dörd dəfə zərbə vurdum. Lakin Nurəlinin əynindəki paltarlar qalın olduğu və bıçaq arxaya qatlandığı üçün ona ürək nahiyəsinə xəsarət yetirə bilmədim. Bu səbəbdən sol əlim ilə Nurəlinin saçlarından tutdum, özümə tərəf çəkərək bıçaqla onun boğazına bir dəfə zərbə vurdum. Nurəli "ay Allah öldüm", - deyərək avtomaşının qabaq oturacaqları üzərində uzanıqlı vəziyyətdə hərəkətsiz qaldı".

"Polisdə adam öldürdüyümü dedim"

Amil Məmmədov bildirib ki, Nurəli tam hərəkətsiz qaldığı üçün onu öldürdüyünü güman edib: "Həmin vaxt kimsə məni arxadan tutaraq avtomaşından çölə çıxardı. Arxaya baxanda iki nəfər şəxsin məni tutduğunu gördüm. Onlardan biri Nurəlinin qardaşı Məhəmməd məni arxadan tutaraq saxladı, digəri isə yumruqla sağ qaşüstü nahiyəmdən vurdu. Bu zaman əlimdəki bıçaqla məni saxlayan Məhəmmədin sol böyründən vurdum. Həmin adamın əlindən çıxaraq qaçdım. Orada tanımadığım taksiyə minərək Bəhrəmtəpə qəsəbəsinə getdim. Bəhrəmtəpə qəsəbəsində üç yol adlanan yol ayrıcında bıçağı həmin yerdən keçən beton su kanalına atdım. Sonra isə birbaşa yaşadığım qəsəbədə yerləşən Cəbrayıl rayon polis şöbəsinə getdim. Növbətçi hissəyə yaxınlaşaraq bıçaqla adam öldürdüyümü bildirdim. Polis əməkdaşları Beyləqan rayon polis şöbəsi ilə əlaqə saxlayarkən Nurəli Kərimovun ölmədiyini bildim".

9 il 6 ay həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Məmmədov apelyasiya şikayəti verib.

O, barəsində olan cinayət əməlinin Cinayət Məcəlləsinin 128.-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Amil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb.

Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 2526   Tarix: 22 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari sac duzumleri kombinler 2026 yay cinsi zəiflik hekayələr yumurta qabiginin xeyri kosmetika baldiza aid haxisda oxu az geyim babasil novruz bayramına aid bakışta