Qadın əminliyi və Komfort!

Qadın əminliyi və Komfort!Əksər qadınlar üçün uşaqlıq yolunun selikli qişasının quruluğu özlərini azad hiss etməyə və həyatdan zövq almağın qarşısını alan bir problemə çevrilmişdir. Demək olar ki, hər ikinci qadın uşaqlıq yolunun quruluğu problemi ilə üzləşir və bu müxtəlif səbəblərdən yarana bilər. Daha çox rast gəlinən səbəblərə aiddir: preklimakterik və ya postklimakterik dövr, hamiləlik və ya doğuşdan sonrakı dövr, endometrioz və ya dərman preparatları ilə müalicədən sonra yaranan əlavə təsirlər.
Uşaqlıq yolunun quruluğu utancaqlıq mənbəyi ola bilər. Bu, bir qadının həkim və ya cinsi partnyoru ilə bu cür simptomları müzakirə etməsinə mane ola bilər. Lakin bu, bir çox qadına təsir edən adi bir hal hesab olunur. Qadınların 70% -i bunu yaşın təbii təzahür hesab edir, amma BU HEÇ DƏ BELƏ DEYİL!
UŞAQLIQ YOLUNUN QURU OLMASINI NECƏ TƏXMİN EDƏK?
Əgər qadın sağlamdırsa, müntəzəm cinsi həyat yaşayırsa və cinsi əlaqədən həzz alırsa, onda həmin qadın bir sıra xarakterik simptomlara əsasən uşaqlıq yolunda quruluğun olmasını asanlıqla  təxmin edə bilər.
Aralıq nahiyəsində qaşınma və yanma hissinin olması. Bu qeyri-spesifik simptom olub, müxtəlif ginekoloji xəstəliklər zamanı da uşaqlıq yolunun quruluğu ilə yanaşı müşayiət oluna bilər.  
Diskomfort və cinsi əlaqə zamanı ağrı hissinin olması. Belə bir vəziyyətdə həzzin ən üst səviyyəsinə çatmaq praktik olaraq mümkün deyil.  
Menstrual sikldənkənar qanaxma. Spesifik simptom hesab olunmur, hətta ginekoloji orqanlarda yarana biləcək şişlərdən xəbər verə bilər, buna görə dərhal həkimə müraciət etmək lazımdır.
Cinsi həvəsin olmaması. Keçmişdə yaşanan mənfi təcrübə qadını müxtəlif bəhanələr gətirərək,  partnyoru ilə cinsi əlaqəyə girməkdən imtina etməyə məcbur edir.  Çox vaxt qadınlar cinsi həvəsin olmamasının uşaqlıq yolunun quruluğu ilə əlaqəli olduğunu anlaya bilmir.
Normal sidiyə getmədə yaranan pozğunluqlar. Əgər aralığın selikli qişası quru və iltihablıdırsa, onda sidiyə getmə zamanı diskomfort yarana bilər.
            UŞAQLIQ YOLUNUN QURULUĞUNUN PROFİLAKTİKASI ÜÇÜN NƏYİ BİLMƏLİYİK
Heç kim zəmanət verə bilməz ki, yaş ötdükcə siz bu problemlə üzləşməyəcəksiniz, amma bu məqamı  hər vaxt təxirə salmaq mümkündür. Uşaqlıq yolunda sürtkü çatışmazlığının bir maneəyə çevrilməməsi üçün aşağıdakı profilaktik tədbirlərə riayət edilməlidir:
Sidik-cinsiyyət sisteminin yanaşı xəstəliklərindən vaxtında qurtulmaq.
Əgər əvəzləyici hormonal terapiyanın aparılması tələb olunursa, müalicəyə laqeyd yanaşmamaq.
İstifadə etdiyiniz kosmetik və gigiyenik məhsulların tərkibi ilə diqqətlə tanış olmaq, allergenlərdən uzaq olmaq.
Qida rasionuna qadın orqanizminə faydalı təsir göstərən polidoymamış omeqa-3 yağ turşularını daxil etmək.
Bol maye - su içmək.
Sevdiyiniz partnyorunuzla sekslə məşqul olmaq.
Uşaqlıq yolunun quruluğu problemi olan qadınlar tərkibində nəmləndirici xüsusiyyətə malik olan təbii vaginal vasitələrdən istifadə edə bilər. Bu cür vasitələr uşaqlıq yolunun uzunmüddətli nəmlənməsini təmin edir, quruluğu effektiv aradan qaldırır, uşaqlıq yolundakı mikrotravma və çatların sağalmasını stimullaşdırır. Həmçinin bu cür vasitələr toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır. Zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Bu vəziyyətlər üçün apteklərdə müxtəlif vaginal vasitələr vardır. Hətta daha gigiyenik olması baxımından, birdəfəlik istifadə olunan vasitələr də mövcuddur. Onlar gigiyena cəhətdən rahatlıqdan əlavə, çantanızda daşımaq üçün də əlverişlidir. Eyni zamanda siz bir neçə ədəd gündəlik doz vaginal vasitədən alıb, sizə nə dərəcədə uyğun olub olmamasına da baxa bilərsiniz. Bu daha ekonomik olacaqdır.
Əziz qadınlar, siz  hər yaşda sağlamlıqdan və cinsi əlaqədən (seksdən) zövq ala və parlaq cinsi həyat qura bilərsiniz. İmkan verməyin ki, uşaqlıq yolunun quruluğu sizi bundan məhrum etsin!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.00000 saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 2700   Tarix: 05 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yemek reseptleri qis geyimləri 2026 kosmetoloq valideynə məsləhət 2026 gəlinliklər maraqli hind filmleri üzdəki ləkələr kosmetika seksual intim munasibetler novruza aid ariqla xerçeng