Qadın təşkilatına il ərzində 1 233 müraciət: Aralarında kişilər də var

Qadın təşkilatına il ərzində 1 233 müraciət: Aralarında kişilər də var2017-ci il ərzində "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinə 2 358 nəfər müraciət edib. Bu barədə təşkilatın ötənilki fəaliyyətinə dair hesabatında bildirilir.
Təşkilatın Sumqayıtdakı ofisinə müraciət edənlərin 1 233 nəfəri qadın, 1 125 nəfəri isə kişi olub.

BiG.AZ xəbər verir ki, bu barədə təşkilatın ötənilki fəaliyyətinə dair hesabatında bildirilir.

Müraciət edən qadınların 988 nəfəri hüquqi xidmətdən, 245 nəfəri isə psixoloji xidmətdən yararlanmaq istəyib. Ofisə müraciət edən kişilərin 1112 nəfəri hüquqi xidmətdən, 13 nəfəri isə psixoloji xidmət istəyib.

Ofisə müraciət edən kişilərin əsas problemləri:

-nikahın ləğvi;
-uşaqlarla ünsiyyət;
-ünvanlı sosial yardımın alınması;
-bank məsələləri;
-əmlak məsələləri;
-əmək məsələləri;

Ofisə müraciət edən qadınların əsas problemləri:

- nikahın ləğvi və nikahın ləğvi zamanı uşağın ananın himayəsinə verilməsi, aliment, birgə əmlakın bölgüsü;

- nikahın ləğvindən sonra cehiz və qızıl əşyalarının geri alınması;
- məhkəmə qərarı olmasına baxmayaraq alimentin ödənilməməsi (məhkəmə qətnaməsinin icra edilməməsi);
- ünvanlı sosial yardımın alınması;
- ailədaxili zorakılığın qurbanı kimi müvafiq orqanlara müraciətlər;
- qanunsuz olaraq işdən çıxarılma və s.

Təşkilat bütün müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji, hüquqi xidmət göstərib. Hüquqi xidmətlərin təşkili nəticəsində
- Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ailədaxili zorakılığın qurbanı olmuş 3 qadına qısamüddətli mühafizə orderinin alınması mümkün olub.
- Alimentin ödənilməsinə dair icra edilməyən 38 məhkəmə qətnaməsinin mərhələli şəkildə icrasına nail olunub.
- Qanunsuz olaraq işdən çıxarılmış 4 qadın, 8 kişi yenidən əvvəlki işinə bərpa edilib.
- İş yerindən əmək haqqını ala bilməyən 1 kişi, 5 qadının əmək haqqı alınaraq onlara verilib.
- Qadına qarşı ailədaxili zorakılıq göstərmiş 5 kişinin inzibati, 1 kişinin isə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
- Ailədaxili zorakılığın qurbanı olmuş 2 qadına dəymiş maddi və mənəvi ziyan ödənilib.
- Nikahın ləğvi zamanı uşaqların ananın himayəsinə verilməsini, alimentin qanunvericiliyin tələblərinə uyğun məbləğdə müəyyən edilməsini, birgə əmlakın bolgüsünü, cehiz və qızıl əşyalarının qadına geri qaytarılmasını təmin etmək məqsədilə il ərzində 76 qadın hüquqşunasla məhkəmədə təmsil edilib.

Psixoloji xidmət çərçivəsində müraciət edən şəxslərlə fərdi və qrup məşğələləri təşkil edilib. Təşkil edilmiş xidmətlərin yekununda təşkil edilmiş xidmətlərin keyfiyyəinə dair anonim sorğular keçirilib. Respondentlərin 76%-i təşkil edilmiş xidmətlərin keyfiyyətini "yüksək", 22% - i "yaxşı", yalnız 2%-i "orta" qiymətləndirib.
Məlumat üçün bildirək ki, "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyi 2003-cü ildə yaradılıb, 2005-ci ildə isə dövlət qeydiyyatından keçib. Təşkilat Sumqayıt şəhərində fəaliyyət göstərir. Təşkilat öz fəaliyyətilə Sumqayıt şəhəri və yaxın 12 şəhər və rayonu əhatə edir. Təşkilat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Beynalxalq Miqrasiya Təşkilatı və sair qurumlarla sıx əməkdaşlıq edir. Əməkdaşlıq edilən qurumlardan Sumqayıt şəhər İcra Hakimiyyətini də xüsusi ilə qeyd etmək lazımdır.

Təşkilat son illər insan alverinə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində çalışamağa daha çox üstünlük verir. 20017-ci il ərzində də insan alverinə qarşı mübarizə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində tədbirlər həyata keçirilib. Təşkilat qeyd edilən sahələrdə fəaliyyətini pulsuz hüquqi, psixoloji və sosial işçi xidmətin təşkili, insan alverinə və ailədaxili zorakılığa qarşı mübarizə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət orqanlarının bu sahəyə diqqətinin artırılması üçün tədbirlərin təşkili ilə həyata keçirir.

Xəbərlər     Baxılıb: 1630   Tarix: 15 yanvar 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

hamiləlik yemek reseptleri qaşların formalari ehtiraslı şəkillər intim pozalar cantalar 2026 ziyafət geyimləri 2026 kosmetika şirin qoğal novruz bayramına aid hakışda salam opusme hakistalar