Qadından üzr istəmək: "Bizim kişilərdə bu bacarıq yoxdur

Qadından üzr istəmək: Cəmiyyətimizdə kişilərin böyük əksəriyyəti üzr istəməyi bacarmır. Çünki bu hal onların şəxsiyyətinə toxunur. Hətta bəziləri düşünür ki, kimdənsə, xüsusilə də arvadından üzr istəsə, bu, onun mənliyini alçaldacaq
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu da verilişlərin birində həmin mövzuya toxunaraq qeyd etmişdi ki, evin kişisi olduğu üçün üzr istəmir və əvəzində arvadına qızıl hədiyyə edir, bununla da xanımı onu əfv edir.
Milli.Az xəbər verir ki, sözügedən mövzunu "Yeni Sabah"a açıqlamasında psixoloq Gülnar Orucova şərh edib:
"Üzr istəmək həmişə böyüklük əlaməti sayılır. Bu mövzuda kişi, ya da qadın fərqi yoxdur. Hər iki cinsin nümayəndəsi üzr istəməyi bacarmalıdır. Ancaq bizim cəmiyyətdə uşağı, xüsusilə də oğlanları elə yetişdirirlər ki, üzr istəmək alçalmaq deməkdir. Ona görə də bizim kişilərdə bu bacarıq yoxdur. O cəhətdən bizim kişilər kimdənsə üzrxahlıq diləyəndə qürurları tapdanır və sanırlar ki, şəxsiyyətləri alçalır. Təbii ki, həmin cəhətlər insana və ailəyə görə dəyişə bilir".
Ekspert vurğulayır ki, bəzi qadınlar üçün maddiyyat ön plandadır, buna görə də ərlərinin bütün səhvlərini hədiyyə qarşılığında görməməzliyə vururlar:
"Kiminsə ailə işlərinə qarışmaq ixtiyarımız yoxdur. Bir kişi arvadını nəyə alışdırırsa, belə də davam edir. Ancaq bu, hər qadına xas olan xüsusiyyət deyil. Elə qadın var ki, hər hansısa hədiyyəyə görə kişinin səhv hərəkətini bağışlamır və ayrılıb gedir. Lakin bəzi xanımlar bütün səhvləri üzr istəmədən belə əfv etməyi bacarır və daim ərinin yanında olur. Bütün bunlar insanın ailədə aldığı tərbiyəyə, özünə qarşı olan inamına və özünü qiymətləndirməsinə görə müəyyənləşir. Yəni bəzi insanlar üçün maddiyyat hər şeydir. Ona görə də özünə qarşı hər hansı bir səhvi bahalı hədiyyələr qarşılığında bağışlayar".
Milli.Az

Xəbərlər     Baxılıb: 1855   Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim dəbləri geyim şəkilləri gozel gorunmek usaq saclarinin yigilmasi tort reseptleri laminat parket aliment öhdəlikləri kosmetika intim munasibetler sanama novruz bayramı bayatılarımızda vətən həsrəti laylalar