Qadınlarda sonsuzluğun 7 ƏLAMƏTİ

Qadınlarda sonsuzluğun 7 ƏLAMƏTİƏgər kişi və qadın 1-2 il mütəmadi qaydada cinsi əlaqədə olursa və bu zaman hamiləliyə qarşı heç bir vasitədən istifadə olunmursa, lakin hamiləlik baş vermirsə, bu cür cütlük sonsuz hesab olunur. Sonsuzluğun səbəbkarı hər iki tərəf ola bilər. Bəs qadının sonsuz olduğunu necə müəyyən etmək olar?
Milli.Az xəbər verir ki, türkiyəli ginekoloq, süni mayalanma üzrə mütəxəssis Betül Görgen qadınlara nə zaman həkimə müraciət etməli olmaları mövzusunda önəmli məlumatlar verib.
Hamilə qala bilməmək
Müəyyən müddət qadının hamilə qalması mümkün olmursa, bu, sonsuzluğun ilkin əlamətlərindən biridir. Bir ildən sonra həkim sonsuzluq istiqamətində diaqnoz qoya bilər. Bundan əlavə, 35 yaşlı qadının 6 ay ərzində hamilə qala bilməməsi də sonsuz olduğunu göstərir.
Ağır və sancılı keçən menstruasiya dönəmi
Ağır və ya ağrılı keçən menstruasiya dönəmi döllənməyə təsir edə və daxildə gizli problem olduğuna işarə verə bilər. Bəzi qadınlar menstruasiya vaxtı bir neçə gün normal qanama yaşayarkən, digərləri mütəmadi olaraq ağır və ağrılı kramplar yaşaya bilir. Bu cür problemlə üzləşənlərdə qarnın alt bölgəsində uşaqlığın xaricində uterus mukozasına bənzər toxuma meydana gəlib, müxtəlif orqanlara yayılan endometrioz ola bilər. Bu, sonsuzluq üçün risk faktorudur.
İntim əlaqədə ağrı
Cinsi əlaqədə ağrı və ya displaziya qadının döllənməsinə təsir edə biləcək sağlamlıq probleminin əlaməti ola bilər. İnfeksiyalar, endometrioz və miyomalar bu cür sağlamlıq problemlərinə misaldır.
Tünd və ya donmuş qan rəngi
Əgər menstruasiya qanı normaldan daha soyuqdursa, bu həyəcan siqnalı ola bilər. Qan ilk günlərdə parlaq qırmızı olur, sonradan tündləşə bilər. Lakin ilk günlərdə görülən tünd və soyuq qan endometriozisə işarə edir.
Menstruasiya tsiklinin nizamsız olması
Menstruasiya tsikli qadınlarda zamanla dəyişir. Bununla belə bir çox qadın həmin etapı nizamlı keçirir. Hər dövr arasındakı vaxt təxminən eynidir. Nizamsız menstruasiya tsikli göstərir ki, mütəmadi olaraq yumurtalama getmir. Bu da sonsuzluğa gətirib çıxaracaq. Ovulyasiya uşaqlıqlığa bir yumurta buraxmaq deməkdir. Nizamsız ovulyasiya polikistik yumurtalıq sindromu, piylənmə, həddən artıq arıqlıq və tiroid problemlərdən qaynaqlana bilər.
Hormonal pozğunluq
Hormonal dəyişikliklərin simptomları spesifik deyil. Qadın bunu hiss etməyə və altda gizlənən səbəbi görməyə bilər. Ancaq həkimin analizlər nəticəsində hormonal problemləri aşkar etməsi mümkündür.
Piylənmə
Piylənmə döllənməyə mənfi təsir edir. Bu problemlə üzləşən qadınların hamilə qalmaq şansı daha aşağıdır və hamiləlik müddətində çəkinin artması risk yaradır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1908   Tarix: 27 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yemek reseptleri geyim necə seçməli toy makiyajlari kətə xiyar turşusunun hazırlanması qis geyimleri seks pozalari kosmetika burcler rəksanə baliq burcu masqalar usaq seirleri