Qalmaqala Tolik də qoşuldu: "Deputat seçməsələr, o da Rusiyada "otxod" olacaq"

Qalmaqala Tolik də qoşuldu: "Deputat seçməsələr, o da Rusiyada "otxod" olacaq""Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burada baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var".

Bu fikirləri səsləndirən Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev cəmiyyət tərəfindən şiddətlə qınanıb və tənqid hədəfinə çevrilib. Bütün bunlara rəğmən deputat təhqir etdiyi şəxslərdən üzr istəməyib, əksinə dediklərinə haqq qazandıraraq "Mən nə demişəm ki, üzr istəyim?" deməklə odun üstündə benzin töküb.

Deputata etiraz edənlər arasında işləri ilə əlaqədar Rusiyaya tez-tez gedən səənt adamları da var. Tanınmış prodüsser Tarix Əliyev (Tolik) Cebhe.info-ya açıqlamasında deputatı sərt şəkildə tənqid edib:

"Səhv eləmirəmsə, Astan Şahverdiyevin özü də Cəbrayıldandır, Rusiyada da işləyənlərin çoxu elə cəbrayıllıdır. O zaman onlar da "otxod"dular? Rusiyaya 10-15 il bundan qabaq gedib, orda məskunlaşmış həmyerlilərimiz var ki, orda əldə etdikləri gəlirləri göndərirlər buradakı qohumlarına. Yüzlərlə, bəlkə də minlərlə insan ordan gələn gəlirlər hesabına dolanır. Bu deputat isə ancaq özünü fikirləşib.

Görüm o, deputat seçilməsəydi, indi nə işlə məşğul idi? Yaxud bir neçə il sonra onu yenidən deputat seçməsələr, nə edəcək? O da gedib Rusiyada "otxod" olacaq... Bəlkə də deputatlığı zamanı yığdıqlarını xərcləyəcək, amma deputat olmamışdan qabaq Rusiya bazarlarında alver edirdilər. İndi Rusiyaya gedib çörəkpulu qazananlara "otxod" deyirlər.

Rusiyada diaspor fəaliyyət göstərir. Güya onlar dövlət büdcəsinin hesabına fəaliyyət göstərirlər? Onlar da orada öz hesablarına çalışıb fəaliyyət göstərirlər, tədbirlər keçirirlər. Onlar dövlətimiz üçün çalışırlar, öz cibləri hesabına xidmət edirlər, onlar da "otxod"dular? Bəzi millət vəkilləri də ona qarşı çıxdılar, yəqin ki, bu da çıxıb o birilər kimi deyəcək ki, mən belə demək istəmirdim, amma belə dedim.

Nə faydası var? Rusiyada yaşayan o qədər sayılıb-seçilən, samballı adamlarımız var ki. Hətta elə biznesmenlər var ki, Rusiyada elə pulla o deputatı alıb atarlar ciblərinə, elə ciblərində gəzdirərlər o deputatı. O ki qaldı onun qardaşı oğlunun açıqlamasına ki millət vəkili içkili olub, bu, daha betər bir şeydir. Millətin vəkili içkili vəziyyətdə müsahibə verib! İçmək onun haqqıdır, onda heç kim heç nə demir, amma onun içkili vəziyyətdə müsahibə verməsi və minlərlə insana həqarət etməsi doğru deyil.

Mən onun barəsində axtarış verdim internetdə, heç adamın "Vikipediya"sı yoxdur, adamın bir üzə çıxarılası fotoşəkli yoxdur. Yenə bir ciddi adam desəydi bu sözləri, müzakirə edərdik, adamın özü, xidmətləri barədə heç bir məlumat yoxdur. Nə danışaq daha?"

Xəbərlər     Baxılıb: 2073   Tarix: 26 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

turlar.az

qis geyimləri 2026 hamiləlik hamilelikde qidalanma qara qaragat ulduzların gözəllik sirləri saglamliq haqqinda piroq reseptləri kosmetika novruz hakisdalari cekc pornuxa 8 mart sanamalar buga burcu