Qaranlıqda telefona baxanlara xəbərdarlıq - Bu hormonun ifrazı zəifləyir

Qaranlıqda telefona baxanlara xəbərdarlıq - Bu hormonun ifrazı zəifləyirAxşam saatlarında serial izləmək, sosial şəbəkələrdə vaxt keçirmək və videoları skroll etmək yuxunun keyfiyyətinə mənfi təsir göstərir və səhər yorğunluğa səbəb olur.
Milli.Az xəbər verir ki, bunu açıqlamasında rusiyalı oftalmoloq Gunva Əl-Tərk bildirib.
Həkim qeyd edib ki, müasir insan gecələr telefonu, planşeti və ya televizoru olmadan yatmağa nadir hallarda gedir. Lakin bu vərdiş yuxu ritmini pozur.
"Gecə saatlarında ekran işığı həm gözlərə, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir", - deyə həkim açıqlayıb.
Oftalmoloqun sözlərinə görə, insan bədəni cirkadiyal ritmlərlə yaşayır, melatonin isə yuxu hormonudur və qaranlıqda ifraz olunur. "Ekranlardan, xüsusilə mavi spektrdən gələn işıq retinaya düşəndə melatoninin istehsalı azalır. Beyin isə siqnal alır ki, hələ "gündüzdür", nəticədə insan gec yatır, yuxuya getmək çətinləşir və yuxu səthi olur", - deyə həkim izah edib.
Araşdırmalar göstərir ki, yatmazdan əvvəl telefon və ya planşet istifadə etmək dərin yuxu fazasını 20-30% qısaldır. Bu da səhər özünü yorğun hiss etməyin səbəbidir.
Əl-Tərk həmçinin qeyd edib ki, bu vərdiş gözlərə də zərər verir. Qaranlıqda göz əzələləri tez yorulur, yaxın məsafəyə fokuslanmaq isə siliyar əzələlərin daimi gərginliyinə səbəb olur. Uzun müddət davam edərsə, baş ağrısı və uzağı görmədə problem yarana bilər.
Ekrana uzun müddət baxmaq gözlərdə quruluq, yorgunluq və narahatlıq hissi yaradır. Həkim tövsiyə edir ki, bu problemlərin qarşısını almaq üçün sadə tədbirlər görülməlidir:
"Yuxu - bədənin bərpa prosesi, gözlər isə bunun əsas rolunu oynayır. Axşam gec saatlarda işıq siqnalları alındıqda, beyin anlayır ki, istirahət zamanı deyil. Ən yaxşı mavi işıq filtrini ekranı vaxtında söndürməklə təmin edə bilərsiniz", - deyə Gunva Əl-Tərk yekunlaşdırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1189   Tarix: 19 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj etmek qaydalari hamiləlik sade makiyaj sekilleri həkim məsləhəti döşlər kesəriyyə xina sozleri kosmetika uzeyir zehmet ve zinet aysel vətən həsrəti yuxuda qara ilan gormek