Qaraqınığın xoş ətirli çayı
Kolluq və çəmənliklərdə, meşəətrafı ərazilərdə və bağlarda tez-tez rast gəlinən qaraqınığı bəzi regionlarda qaraot adlandırırlar. Xoş ətrinə görə onun cavan zoğlarından xiyar və pomidorun turşuya qoyulması zamanı, yarpaqlarından isə kvas içkisinin dadını yaxşılaşdırmaq üçün istifadə edirlər. Evdar xanımlar qaraqınığın tozunu paltar və müxtəlif parçaların arasına səpərək onları güvədən qoruyurlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qaraqınıqdan çay dəmləməsində istifadə edilir və ondan xoş ətirli çay alınır. Qaraqınıq tibdə geniş tətbiq sahəsinə malikdir. Sinir oyanıqlığı, yuxusuzluq zamanı sakitləşdirici, yuxugətirici təsirinə görə ondan istifadə edilir. Bundan əlavə, qaraqınıq bəlğəmgətirici, tərlədici, sidikqovucu, ödqovucu, antibakterial, antiseptik, qıcolma əleyhinə və regenerasiyaedici təsirlərə malikdir. Qaraqınıq iştahanı yaxşılaşdırır, bağırsaq fəaliyyətini stimullaşdırır, mədə-bağırsaq sistemindəki spazmaları aradan qaldırır, ürəkbulanma, qusma və başağrılarının qarşısını alır. Soyuqdəymə, ağciyər vərəmi, xroniki bronxit, xolesistit, öd yollarının diskinezisiyası, angina, tonzillit, gingivit, diatez, ateroskleroz və böyrək xəstəlikləri zamanı geniş istifadə edilir.
Qaraqınıq vanna, islatma, və yerli islatma şəklində raxit, skrofulyoz, furunkul, qaşınma ilə müşayiət olunan müxtəlif mənşəli səpkilərdə tətbiq olunur/ Ondan hazırlanan sakitləşdirici ətirli vannaların də əhəmiyyəti çoxdur. Qaraqınıq tozu zökəm və başağrıları zamanı buruna çəkilir. Baş dərisində qabıqlanma və saç tökülməsi zamanı saçlar bitkidən hazırlanmış dəmləmə ilə yuyulur. Bitkinin efir yağını diş ağrılarında ağrıkəsici vasitə kimi tətbiq edilir.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi