Qardaşının toy günü bomju öldürdü — Dəhşətli qətl

Qardaşının toy günü bomju öldürdü — Dəhşətli qətlBomjun ölümündə təqsirli bilinərək həbs olunan İsmayılov Tural Zakir oğlu Ali Məhkəməyə şikayət ərizəsi yazıb.

Xanim.az "ölkə.az"a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunan T.İsmayılovun məhkəmə prosesinə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, 2016-cı il aprelin 17-də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 9 ünvanından Bakı şəhər sakini, 57 yaşlı Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

Məlum olub ki, Tural İsmayılov həmin gün qardaşı Bəhruz İsmayılovun toy məclisində olub. Toy başa çatdıqdan sonra isə gecə yarıya qədər bu sevincli günü ailəsi ilə birgə qeyd edib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası qeyd edib ki, aprelin 21-i evə zəng gəldi ki, Tural tutulub:

"Həmin gün Nərimanov rayon Polis Şöbəsinə getdik. Oradan bizə bildirdilər ki, şübhəli şəxs kimi saxlanılır, bir azdan buraxılacaq. Gecə saat 02:00 radələrinə qədər bölmədə gözlədik.

Sonradan oğlumun otaqlardan birinin pəncərəsindən qışqırıq səsini eşitdik. Oğlum "mənə burada işgəncə verirlər ki, qətli boynuma alım. Kömək edin, məni burada öldürürlər" deyə qışqırırdı.

Bizi isə orada əmin etdilər ki, heç nə yoxdur, işi araşdırırıq. O günü evə getdik. Səhəri gələndə gördüyüm mənzərəyə inanmadım. Oğlumu polis əməkdaşları ayaqyoluna aparırdılar. Üzü-gözü şişmiş, halsız, ayaqları yer tutmurdu.

Sən demə, Turala səhərə qədər olmazın işgəncələr verilib. Bədəninə elektrik cərəyanı veriblər, üzünü-gözünə ağır zərbələr endiriblər. Vəhşicəsinə elə döyülüb ki, huşu başında deyildi.

Necə vurublarsa, gözü çıxmışdı. İndi isə gözü zəif görmür. Tural iki dəfə gözündən əməliyyat olunub. Anadangəlmə problemi var. Məhləmizdə bir neçə "bomj" şəxs var ki, orada içib yatırlar, bir sözlə, səfil həyatı sürürlər.

Amma biz onları tanımırıq, yəni əlaqəmiz yoxdur. Oğlumun əvvəl də üzərində dələduzluq barədə cinayət əməli olub, 6 ay həbsdə yatıb. Ona görə də, oğlumu gunahkar bilirlər".

Təranə xanım deyir ki, oğluna polis bölməsində qətlin görüntülərini izlədiblər:

"Qaranlıq çəkilmiş görüntüdə saqqallı bir şəxs görünür. Boynuna qoyurlar ki, bu sənsən. Halbuki oğlum dövlət işində çalışdığı üçün hər gün üzünü qırxmalı idi. O, görüntüdəki oğlum deyil. Hətta çəkilişin tarixi də göstərilmir. Nə vaxt çəkilib, bəlli deyil".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 1259   Tarix: 24 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari yay geyimləri 2026 yay kolleksiyasi sidik ifrazı sistemi toy paltarlari 2026 yay kombinleri 2026 atalar sözləri kosmetika hüzeyir hacibəyov tapmaca aslan haqisda zencefil