Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin

Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyinQarpız ən çox istehlak edilən yay meyvələrindən biridir. Həm sağlam, həm də təravətləndirici qida olan qarpız xüsusilə yüngül qəlyanaltı istəyənlər üçün ideal meyvə kimi tanınır. Ancaq hər yay qarpızdan zəhərlənmələr baş verir.
Bəs qarpız istehlak edərkən nələrə diqqət etməlisiniz?
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ilk diqqət edilməli məqam qarpızı düzgün vaxtda yeməkdir. Qarpız yeməkdən 2 saat sonra istehlak edilməlidir. Bu sayədə qan şəkərinizin ani yüksəlməsinin qarşısı alınacaq və həzm sisteminiz daha düzgün işləyəcək.
Həddindən artıq qarpız istehlak etsəniz, bəzi təhlükələrlə üzləşə bilərsiniz. Qarpızın tərkibindəki təbii şəkər qan şəkərinizdə nizamsızlıqlara və sağlamlıq problemlərinə səbəb ola bilər.
Bundan əlavə, qarpızı yeməklə birlikdə istehlak etmək də təhlükəlidir. Qarpızla birlikdə çoxlu çörək yesəniz, bunun orqanizminizə mənfi təsirləri ola bilər. Hər iki qida karbohidrat qrupunda olduğu üçün çəki problemi yaradacaq.
Qarpızı aldıqdan bir müddət sonra onun orta hissələri xarab olmağa və ya çürüməyə başlayır. Belə qarpız kəsiləndə pis qoxu gəlir və dadı dəyişmiş olur. Eləcə də xarab olmuş qarpız həddən artıq yumşaq olur və təravətləndirici xüsusiyyətlərini itirir.
Qarpızda bunları müşahidə etdikdə onu zibilə atmalısınız.
Bundan əlavə, qarpızı kəsdikdən sonra soyuducuda 3 gündən çox gözlətməməyiniz tövsiyə olunur.
Qarpız tumları ümumiyyətlə təsirsiz bir element kimi görünsə də, həzm oluna bilmədiyi üçün onları həddindən artıq istehlak etmək tövsiyə edilmir. Tumları yemək insan sağlamlığına ciddi bir zərər vermir. Ancaq həddindən artıq yedikdə həzm və qaz problemlərinə səbəb ola bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1890   Tarix: 14 iyun 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi toy gecesi qadin dunyasi banan pirojnasi şirniyyat ve tortlar aloy gulunun faydasi saclarin horulmesi kosmetika sac duzumleri sac modelleri dostluq oglan evi şəhid