Qaşları və kiprikləri daha sıx edən maskalar
Gözəl qaşlar və uzun sıx kipriklər qadına xüsusi gözəllik verir.
Qaşları və kiprikləri daha sıx və gözəl etmək üçün bu kimi təbii vasitələrdən istifadə edin:
1. 1 çay qaşığı təbii çay + 1 çay qaşığı üyüdülmüş təbii qəhvə 50 ml qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, bir neçə qat qatlanmış tənzifdən yaxşı süzülür və fırça və ya qulaq çöpü ilə qaşlara və kipriklərə səliqə ilə çəkilir. Gözaltı sahələrə pambıq diskləri qoyun ki, vasitə dəriyə düşməsin. Bu vasitəni 2 həftə ərzində hər gün istifadə edin. Qaşlar daha sıx və sağlam olacaq, onların rəngi tündləşəcək.
2. 1 çay qaşığı badam, 1 çay qaşığı ayıpəncəsi və 1 çay qaşığı gənəgərçək yağı qarışdırın. Qarışığa yağ əsasında olan 5 damcı A və 5 damcı E vitamini (apteklərdə satılır) əlavə edin və yenə də yaxşı qarışdırın. Maskada kiçik fırça isladın və qaşların və kipriklərin üzərinə çəkin. 1 saatdan sonra maskanı quru salfetlə təmizləyin (bərk sürtmək olmaz!).
Maskanı kiçik şüşə qaba tökün və soyuducuda saxlayın.
2-ci vasitəni bir gündən bir istifadə etmək olar. 2-ci vasitəni 1-ci vasitənin üzərindən çəkmək olar. Bu halda effekt daha yaxşı olacaq.
Saglamolun.Az
f Paylaş








Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Rafet El Romandan etiraf: "Botoksun dozasını aşdım
Soyuducunuzda varsa, ölüm saçır
Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO
Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Bu məşq yuxuya getməyinizə kömək edəcək
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
36 yaşlı aktrisa vəfat etdi
Kamilə Babayevaya ağır itki
Məşhur aktrisanın ölüm səbəbi bilindi