Qayınanayla dil tapmaq üçün nə etmək lazımdır?

Qayınanayla dil tapmaq üçün nə etmək lazımdır?Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, qayınana və gəlinin daim mübahisə etməsi gündəmdən düşməyən bir mövzudur. Onların mübahisələrinin əsas səbəbi də qısqanclıqdır. Belə ki, qayınana oğlunu gəlinə qısqandığı üçün nadir hallarda onu ürəkdən sevə bilir. Bununla yanaşı, qayınana ilə münasibətlərdə yaşanan problemlərdə bioloji faktorlar da müəyyən rol oynayır: "Nəzərə alın ki, uşaqlar böyüyüb, ailə qurduqda çox vaxt ananın klimaks dövrünə təsadüf edir. Bu xəstəlik olmasa da, insana mənfi təsir göstərir. Qadında bu dövrdə əsəbilik, qısqanclıq, həddindən artıq emosionallıq müşahidə olunur. Ona görə də, klimaks dövrünü qadınlar kifayət qədər ağır keçirirlər. Bəziləri bu dövrü qocalığa bir addım kimi hesab edirlər. Axı indi onlara yalnız ana və qayınana yox, həm də nənə deyirlər. Bu fikir kimisə sevindirir, kimisə kədərləndirir və xoşagəlməz hadisələrin, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır".

Qayınana oğlunun daha yaxşı gəlinə layiq olduğunu düşündüyü üçün də çox vaxt gəlinlə mübahisə edir və oğlunun seçimi ilə heç cür barışa bilmir. Bu cür düşünən qayınanalar fürsət düşən kimi oğlunu həyat yoldaşına qarşı edir. Gəlinin xasiyyətinin və davranışının mənfi tərəflərini qabardaraq tənqid edir, oğluna onun haqqında mənfi fikirlər söyləyir. Oğlunun ailə həyatına və nəvələrin tərbiyəsinə müdaxilə edir, mübahisə zamanı, hətta gəlin haqlı olduqda belə oğlunun tərəfini tutur.

Çox vaxt deyirlər ki, qayınana və gəlin ayrı yaşadıqda hörməti və mehriban münasibəti qismən qoruyub saxlamaq olur. Amma psixoloq bu fikirlə tam razı deyil. Ona görə ki, gəlin və qayınana ayrı yaşasalar belə, daim mübahisə edən, uzun illər, bəzən isə ömür boyu küsülü qalan ailələr var. İstər ayrı, istərsə də birgə yaşayanda arada olan hörməti qoruyub saxlamaq lazımdır.

Əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olardı. Psixoloqun dediyinə görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək.

Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanalar. Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.

Özünü qurban verən qayınana. Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana. Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.

İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.

Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: "Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər".

Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.

Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.
qadinlar.biz

Xəbərlər     Baxılıb: 2077   Tarix: 21 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

gelinlikler hamiləlik yay geyimləri 2026 qiymenin hazirlanmasi cinsi yaxinliq seksi geyim soz haqqinda atalar sozu kosmetika zehmet ve zinet azerbaycanli is adami amerikada gullelendi yemek reseptleri novruz hakistalari tapmacalar