Qazsız suyun faydaları

Qazsız suyun faydalarıQazsız su iysiz və dadsız mayedir. Normal şərtlər altında qazsız su rəngsiz olur. Onun əsas işi insanın həyat fəaliyyətinə müsbət təsir etməsidir. Qazsız su universal durulaşdırıcıdır. Ondan bütün biokimyəvi proseslər zamanı istifadə edilir. İnsan bədəninin çəkisindən asılı oalaraq 55-78%-i sudan ibarətdir. Orqanizm bu suyun 10%-ini itirdikdə patoloji əlamətlər ortaya çıxır. Gün ərzində qazsız 1,5 litr su içmək orqanizmin su-duz mübadiləsinin normallaşmasına səbəb olur. Su dedikdə qəhvə, çay, sulu meyvələr və s. nəzərə alınmır. Qazsız su iki növə ayrılır: birinci və əla növ. Birinci növ su su kranlarından gələn və filtirlənmiş sudur. Bu suyun tərkibində müxtəlif bakteriyalar, ağır metal birləşmələri və xlorlu birləşmələr olur. Əla növ su isə  təbii qaynaqlardan və artezian quyularından çıxan sulardır. Bu cür su tərkibində olan mineralların miqdarına görə müxtəlif olur.
* Tərkibində kalsium, natrium, maqnium, hidrokarbonat və xloridlər olan mətbəx suyu. Bu mineralların miqdarı 1 litr suda 1 qramdan çox olmur. Bu su süni yollarla axar suların təmizlənməsi yolu ilə əldə edilə bilir. Belə suyun tərkibində soda, gümüş, ftor, yod və selen ola bilir.
* Tərkibində 1-10 qram miqdarında süzülmüş minerallar olan qazsız mətbəx suyu. Daimi olaraq bu sudan istifadə eləmək məsləhət görülmür. Bu orqanizmin hiperminerallaşmasına səbəb olur. Bu zaman minerallar orqanizm tərəfindən sorulmur və bəzən yığılıb qalır.
Qazsız suyu idxal edən bir çox şirkətlər var. Əgər bu su təbii qaynaq və ya artezian suyudursa onun etiketinin üzərində suyun haradan olması qeyd edilir. Ən çox satılan qazsız sular isə Vittel, Borjomi, Bonaqua, Borjomi, Mirqorod, Truskabets, Yessentuki və s. dir.
Suyun faydalı xüsusiyyətləri
Təbii qazsız su orqanizm üçün çox faydalıdır. Bütün su təmizləyici və sağlamlaşdırıcı məqsədlərlə fəaliyyət göstərən müəssisələr suyun keyfiyyətli olmasına xidmət edir. Kimyəvi və mineral tərkibindən asılı olaraq qazsız su müalicə və profilaktika məqsədi güdür. Bu su bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Hidrokarbonat sulfat tərkibli qazsız su qastrit, mədə-bağırsaq yaraları, tənəffüs yolları, sidik yolları, böyrək xəstəlikləri zamanı istifadə edilir. Xlorid-sulfat tərkibli sudan podaqra, piylənmə və şəkərli diabet xəstəliyi zamanı istifadə etməkdə fayda var.
Bağırsaq və qaraciyər xəstəlikləri zamanı yeməkdən yarım saat əvvəl gündə 3 dəfə 40-45* temperaturunda qazsız su içmək çox faydalıdır. Artıq çəkidən əziyyət çəkənlərə yeməkdən bir saat əvvəl 150-200 ml qazsız su içmək tövsiyə edilir. Qazsız su ilə müalicə zamanı həkimlə məsləhətləşmək lazımdır.
Qazsız suyun zərərli xüsusiyyətləri
Təbii qazsız sudan istifadə edərkən onun tərkibinin təmiz olmasına əmin olmaq lazımdır. Bu zəhərlənməyə və ishala səbəb ola bilir.
Həddindən çox minerallı su içmək orqanizmdə duzların yığılmasına səbəb olur. Tərkibində olan minerallar bəzi hallarda orqanizmdə allergiyaya səbəb ola bilir. Tərkibində gümüş və karbon dioksid olan suyu azyaşlı uşaqlara vermək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1331   Tarix: 20 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

kosmetik vasiteler qadin sayti gelinlikler kətə qadın ətirləri mastopatiya haqqinda qəlyanaltılar kosmetika sanamalar qızlıq pərdəsi intim atalar sozu nizami gencevi