Qəfildən ölən tanınmış həkim görün kimin qızı imiş?!
Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub.
Xanim.az axar.az-a istinadən xəbər verir ki, o, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.
1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.
2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.
2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.
Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.
Allah rəhmət eləsin!
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz