"Qəza keçirməyimə səbəb sükan arxasında telefonla oynamağım idi"
Müğənni Türkan Vəlizadə uzun müddət əvvəl keçirdiyi avtomobil qəzası ilə bağlı etiraflar edib.
Open.az xəbər verir ki, sənətçi "Bazar düzü" proqramında qəza keçirməsinin əsl səbəbini açıqlayıb:
"İndi maşın idarə etmirəm, fikrim də yoxdur. Çünki bir müddət əvvəl böyük qəza keçirtmişdim. Tanınmaz hala düşmüşdüm. Maşın idarə edəndə insan öz həyatı ilə oynayır. Sürməyi tam bilmirdim, yaxşı öyrənmədən oturmuşam sükan arxasına. Bir də fikrim getmişdi telefona.
Dedilər, guya spirtli içki içmişəm. Amma elə deyildi, bir qab şorba içib getmişdim. Qəza səbəb güclü yağış yağması və telefonla oynamağım idi. Bir də hamıya məsləhət görürəm ki, sürməyi öyrənmədən sükan arxasında oturmayın".









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi