Qəzada ölən İbrahimin qardaşından ÜRƏKDAĞLAYAN sözlər: "Sevdiyi vardı, onsuz yaşamaram deyirdi" - FOTOLAR

Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri – Sumqayıt Universitetinin tələbəsi İbrahim Quliyevin bu gün doğulduğu Cəlilabad rayonunda üç mərasimi keçirilir. Qeyd edək ki, İbrahim üç qardaşın ortancılı olub.

Yeniçag.az İbrahimin qardaşı Xaqani Quliyevlə əlaqə saxlayıb.

– Ağırdır bilirəm, amma mənə bir az İbrahimdən danış …

– Biz üç qardaş idik: mən, İbrahim və Fərhad. O, uşaqlıqdan zəhmətkeşliyi ilə hamıdan fərqlənib. Canıyananlığı ilə seçilirdi, anamın dərd yoldaşı idi. Haçan baxırdın, anamla dərdləşirdi. Atamın isə əsl dostu idi. Evə girən kimi gözü birinci atamın üzündə olardı ki, görsün necədir?

– Bəs qardaşları?

– Bizimlə məsafə saxlayardı, aramızda sonsuz sevgi və hörmət olub. Çox gülərüz biri idi, nə deyirdin, gülüşlə cavab verirdi. Üzündən təbəssüm əskik olmazdı qardaşımın.

– Xobbisi, əyləncəsi vardımı?

– Uşaqlıqdan futbol oynamağı çox sevirdi. "Barselona"nın azarkeşi idi.

– Sevdiyi qız vardı

– Hə, rayonumuzdan bir qız istəyirdi. Bir dəfə mənə dedi ki, Xaqani, mən həyatımı onsuz təsəvvür etmirəm. Çox sevirdi onu.

– Arzusu nə idi?

– Deyirdi, ali təhsilimi başa vurandan sonra rayonumuza gələcəm. Evlənmək, elə bizimlə də yaşamaq istəyirdi. İbrahim ailəsinə çox bağlı idi, bizsiz bir dəqiqə dura bilmirdi. Amma əbədi tərk eləyib getdi.

– Sonuncu dəfə sənə nə yazmışdı?

– Martın 1-də mənim ad günüm idi; çox təsirli bir təbrik yazmışdı.

– Bəs 8 martda ananı təbrik etdi?

– Özü də hamıdan birinci… Yazmışdı ki, martın 17-də gələndə hədiyyəni gətirəcəm. Anamdan soruşub ki, qardaşlarım səni təbrik etdilər? Vallah, ürəyim partlayır, bilmirəm nə danışım. İbrahim bizə elə bir dərd verdi ki, onsuz necə yaşayacağımızı bilmirəm.
Qəzada ölən İbrahimin qardaşından ÜRƏKDAĞLAYAN sözlər: "Sevdiyi vardı, onsuz yaşamaram deyirdi" - FOTOLARQəzada ölən İbrahimin qardaşından ÜRƏKDAĞLAYAN sözlər: "Sevdiyi vardı, onsuz yaşamaram deyirdi" - FOTOLARQəzada ölən İbrahimin qardaşından ÜRƏKDAĞLAYAN sözlər: "Sevdiyi vardı, onsuz yaşamaram deyirdi" - FOTOLAR

Xəbərlər     Baxılıb: 7311   Tarix: 11 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qis geyimləri 2026 maskalar toy makiyaji sekilleri qidalanma qaydaları xercengden qoruyan qidalar dermanlar boyurtken kompotu kosmetika novruz bayramına aid bakışta narin faydasi yumurta novruz hakıştası seksi