Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?

Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsiri dərinin qurumasına, qabıqlanmasına və hətta çatlamasına səbəb olur. Xüsusilə üz, əl və dodaq nahiyəsi soyuğa qarşı daha həssas olur. Mütəxəssislər bildirirlər ki, düzgün qulluq vasitələri və gündəlik vərdişlər dərini soyuğun mənfi təsirlərindən qoruya bilər.
Milli.Az xəbər verir ki, dermatoloqların sözlərinə görə, ilk növbədə dəri tipinə uyğun nəmləndirici krem seçilməlidir. Qış aylarında yay mövsümündən fərqli olaraq daha qalın və qidalandırıcı tərkibli kremlərə üstünlük verilməsi tövsiyə olunur. Nəmləndirici vasitələr duşdan sonra və çölə çıxmazdan əvvəl tətbiq edilməlidir.
İsti su ilə tez-tez yuyunmaq dərinin təbii qoruyucu qatını zəiflədir. Bu səbəbdən çox isti su əvəzinə ilıq sudan istifadə etmək daha məqsədəuyğundur. Həmçinin spirt tərkibli qulluq məhsullarından uzaq durmaq lazımdır. Mütəxəssislər günəşdən qoruyucu vasitələrin qışda da vacib olduğunu xatırladırlar. Günəş şüaları soyuq havada da dərini zədələyə bilər. Buna görə SPF tərkibli kremlərdən istifadə etmək faydalıdır.
Bundan əlavə, bol su içmək və balanslı qidalanmaq dərinin sağlam qalmasına kömək edir. Omega-3 və vitaminlərlə zəngin qidalar dərinin elastikliyini qoruyur.Əlcək və şərf kimi qoruyucu geyimlərdən istifadə etmək də açıq dəri sahələrini soyuq küləkdən müdafiə edir.
Unutmayaq ki, düzgün qulluq edilmədikdə quru dəri daha ciddi problemlərə yol aça bilər. Dəridə uzunmüddətli quruluq, qaşınma və ya çatlar müşahidə olunarsa, mütəxəssisə müraciət etmək tövsiyə edilir.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1096   Tarix: 18 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim necə seçməli həkim məsləhəti hamilelikde qidalanma daginiq skleroz mualicesi permanent makiyaj hər gün bal qaraqoyunlu dərəsi kosmetika gəncə salatlar mikayıl abdullayev paxlava englishdilində qulaq