Qız sevgilisini kənddə atıb şəhərdə yaşayan xalası oğlunun yanına gəldi, sonra... - Azərbaycanda ŞOK

Qız sevgilisini kənddə atıb şəhərdə yaşayan xalası oğlunun yanına gəldi, sonra... - Azərbaycanda ŞOKBakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az Publika.az -a istinadən xəbər verir ki, İbrahim Sadıqov Ucar şəhər sakini Günel Əsgərova ilə evlənmək istəyib. Amma Günel təhsilini davam etdirmək istədiyini, İbrahim ilə ailə qurmaqdan imtina edib.

İbrahimə "yox" cavabı verən Günel təhlisini davam etdirmək məqsədilə paytaxta gəlib. O, xalası oğlu, 1984-cü il təvəllüdlü İslam Hüseynovun kirayə yaşadığı evdə məskunlaşıb, təhsil aldığı kollecə gedib-gəlib.

Sevdiyi qızla dalaşdı

İbrahim də sevdiyi qızın arxasınca paytaxta gəlib və burada ev kirayələyərək yaşamağa başlayıb. O, 15 fevral 2017-ci il tarixdə, saat 16.30-da kirayədə yaşadığı evdə olarkən Günel Əsgərovanın Bakı Biznes Kooperasiya Kollecindəki təhsili ilə əlaqədar Nərimanov rayonu ərazisində kirayədə yaşayan xalası oğlunun evində olmasını eşidib.

Daha sonra İbrahim Günel ilə "WhatsApp" sosial şəbəkəsi vasitəsilə danışıb və onunla maraqlanmağa başlayıb. Bu zaman Günel xalasının ailəsinin onların evlənmələrinə razı olmadığını bildirib.

Mübahisə

Bundan sonra İbrahim ilə İslam bu məsələ ilə bağlı danışmalı olub. Bu danışıq zamanı İbrahim Güneli anası ilə birlikdə qaçıracağını zarafatla deyib, özündən yaşca çox böyük və ailəli olan İslamı qıcıqlandırmaqla əsəbiləşdirib.

Bu hərəkətləri ilə İbrahim İslamı mübahisəyə təhrik edib. Bu mübahisə zamanı İslam ona yaşca kiçik olmasını və aralarında belə zarafatları olmadığını deyib.

İslamın bu iradına İbrahim kobud formada cavab verib. Həmin vaxt İslam ona təhqiredici ifadələr işlədib. Buna görə də İbrahim aralarındakı mübahisəni axşam görüşüb, aydınlaşdırmağı İslama təklif edib.

Dayısı tənbeh etdi, amma razılaşmadı

Həmin vaxt İbrahimin evdə qonaq olan dayısı onların söhbətlərini eşidib, ondan qohumları İslamla zarafat etməməyi, mübahisəyə son qoymasını tələb edib.

Buna baxmayaraq, İbrahim sakitləşməyib, istifadəsindəki mobil telefonla İslamla anışaraq axşam mütləq görüşməyi bir daha təkid edib.

Daha sonra İbrahim qanunsuz olaraq əldə etdiyi ov bıçağını götürüb və saat 19 radələrində istifadəsindəki mobil telefonla İslamın istifadəsindəki mobil telefona zəng vurub, onunla Ağa Nemətulla küçəsində yerləşən "Araz Market" adlı mağazanın qarşısında görüşməyi razılaşdırıb.

Dava

Bundan sonra İslam öz qardaşı ilə birlikdə marşrut avtobusu ilə həmin yerə getməyə başlayıb. O, yolda olarkən mobil telefonla İbrahim ilə əlaqə saxlayıb, qıcıqlandıraca sözlərlə onu əsəbiləşdirib, onun ünvanına nalayiq sözlər işlədib.

Bundan qəzəblənən İbrahim İslamı qəsdən öldürmək qərarına gəlib. İbrahim saat 20 radələrində "Araz Market" adlı həmin mağazanın yaxınlığında avtobusdan düşüb, İslamı ora gəlmiş qardaşı Ruslandan kənara çəkib.

Ürəkdən vurulan zərbə

Bu vaxt İbrahim İslamın qardaşına onunla söhbət etmək istədiyini yalandan bildirib, aldadaraq İslamı söhbət edə-edə yaxınlıqdakı Nərimanov rayonu, Ş.Mirzəyev küçəsindəki 307 saylı evin bərabərinə aparıb.

Orada söhbət edərkən qəflətən İbrahim özündə olan bıçaqla islamın ürək nahiyəsinnə bir neçə zərbə vurub. İslam aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

18 il həbs

İstintaq orqanı tərəfindən İbrahim Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Sadıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan İbrahim Sadıqov apelyasiya şikayəti verib.

Məhkumun xahişi

İbrahim Sadıqov qeyd edib ki, törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsif edilməsini istəyib.

Şikayətçisinin qeydlərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü və 228.4-cü maddələri ilə ittiham hökmü çıxarılmalı olduğu halda, birinci instansiya məhkəməsi bu barədə düzgün nəticəyə gəlməyib.

Cəzanın yüngülləşdirilməsi istəyi reallaşmadı

İbrahim Sadıqovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara görə, İbrahim Sadıqovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan İbrahim Sadıqov kasasiya şikayəti verib. O, kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə apelyasiya instansiyasında yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edib.

İbrahim Sadıqovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, İbrahim Sadıqovun kasasiya şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1211   Tarix: 08 dekabr 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

turlar.az

qadin sayti geyim necə seçməli qis geyimləri 2026 əllərə qulluq hicab modelleri ekzema xəstəliyi dadlı yemək kosmetika webnem tovuzlu seksi yemek reseptleri ana haqqinda bayati xerçeng