Qızdırma yüksəldikcə mayeni artırın - Evdə hərarəti salmağın yolları

Qızdırma yüksəldikcə mayeni artırın - Evdə hərarəti salmağın yollarıSoyuqdəymə və qrip zamanı bədən hərarəti artır ki, bu əksər insanlarda narahatçılığa və qorxuya səbəb olur.
Lakin bundan qorxmaq lazım deyil. Milli.Az medicina.az-a istinadən bildirir ki, hərarətin artması tam normal təbii prosesdir, orqanizmin müdafiə mexanizmidir. Hərarətin artması insanın immun sisteminə daha fəal işləməyə kömək edir ki, nəticədə insan daha tez sağalır. Bu səbəbdən həkimlər ağır xroniki xəstəlikləri olmayan cavan insanlara 38,5 C qədər hərarəti salmağı tövsiyə etmirlər.
Hərarət 38,5 C qalxdıqda isə dərhal dərmanlara əl atmayın. Hərarət salan dərmanların əksər hissəsinin müxtəlif yanaşı təsirləri var. İlk növbədə hərarəti fizioloji üsullarla salmağa çalışın.
1. Yüksək hərarəti olan insan az hərəkət etməli, uzanmalıdır. Hərəkət bədən hərarətinin artmasına gətirib çıxardır.
2. Xəstənin paltarı mümkün qədər yüngül olmalı, otağın temperaturu 18-20 C olmalıdır. İsti yorğan, otağın isti havası hərarətin artmasına səbəb olacaq.
3. İlıq suda dəsmal isladın və xəstənin bədənini yüngül sürtün. Bu sadə üsul hərarətin düşməsinə kömək edir. Suya araq və ya sirkə əlavə edə bilərsiniz. Soyuq sudan istifadə etməyin, bu damarların sıxılmasına və hərarətin daha da artmasına səbəb olacaq.
4. Alın, gicgahlar, qolaltı, qasıq büküşlərinə sirkəli suda (20-22 C) isladılmış kompreslər qoyun. Kompresləri hər 10 dəqiqədən bir dəyişin.
5. Çoxlu maye qəbul edin. Bu limon, moruq və ya zoğal mürəbbəsi əlavə olunmuş su, itburnu dəmləməsi, nanə və ya çobanyastığı çayı, ballı-zəncəfilli çay ola bilər. Çay, qəhvə, şirin içkiləri qəbul etmək tövsiyə edilmir.
6. Adətən hərarətin yüksəlməsi zamanı iştaha azalır. Xəstəni zorla yedizdirməyin. Qida qəbulu hərarəti artırır.
Fizioloji üsullar kömək etmirsə və hərarət artırsa, tərkibində ibuprofen olan hərarət salan dərman qəbul edin. İbuprofen tərkibli preparatlar hal hazrda ən ziyansız sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2498   Tarix: 20 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yemek reseptleri geyim dəbləri gozel gorunmek royanin oglu qripdən qorunmaq ibrətamiz sözlər könül kerimova kosmetika balıq oğlaq zehmet ve zinet maraqli hakistalar öpüşme