Qızdırmanı salmaq üçün ən sadə üsullar

Qızdırmanı salmaq üçün ən sadə üsullar"Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü büruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir", -deyə fitoterapevt Esmira Zeynalova məlumat verir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o deyib: Hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur.
E.Zeynalovanın dediyinə görə, qızdırmanı salmaq üçün sadə tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir. Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir.
Həkim-fitoterapevt uşaqlarda qızdırmanı salmaq üçün bir neçə üsul da tövsiyə edib:
-1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətfəyə bükülərək havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazm əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz.
Lakin həkim göstərişi olmadan antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etmək yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.
Qızdırmanı salmaq üçün daha təsirli təbii üsullar var. Bu sahədə moruq mürəbbəsi ən yaxşı vasitələrdən biridir. Moruğun tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetilsalisil turşusunun - təbii aspirinin olması ilə əlaqədardır. Bu turşu moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq təbii asetilsalisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.
Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən olan portağalın tərkibində təbii asetilsalisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Onu gündə 3-4 dəfə qəbul etmək olar.
Təbiətdə tərkibində aspirin saxlayan bitkilər çoxdur. Məsələn, söyüd qabığında belə xüsusiyyət var: qızdırmanı salır, baş ağrısını, oynaq və əzələ ağrılarını aradan qaldırır. Söyüd budaqları toplanır, yuyulur, qabığı soyulur və qurudulur. 1 litr qırmızı şəraba 50 qram qurudulmuş söyüd qabığı qarışdırılır və 3 həftə dəmlənir, qrip və qızdırma zamanı gündə iki dəfə 1/4 stəkan qəbul edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2400   Tarix: 29 fevral 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

maskalar kosmetik vasiteler makiyaj instagram ariqlamaq ucun yasil cay qadin psixologiyasi hakistalar abşeron tortu kosmetika veten gozde olar hakista sevda novruz hakista