Qızılcadan necə qorunaq? - Pediatr açıqladı

Qızılcadan necə qorunaq? - Pediatr açıqladı"Qızılca xəstəliyinə ciddi yanaşılmalıdır".
Milli.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında pediatr Günay Rəsulova deyib.
Son günlər ölkədə qızılcaya yoluxma sayında artımla bağlı danışan pediatr qeyd edib ki, qızılca daha çox uşaqlar arasında görünən infeksion xəstəlikdir. Bu xəstəliyə yoluxan və onu ağır keçirən uşaqların, demək olar ki, hamısı sırf bu xəstəliyə görə peyvənddən kənarda qalanlardır.
"İmmuniteti güclü olan uşaqlar bu xəstəliyə qalib gələ bilir. Əks halda, xroniki xəstəliyi, allergik problemləri olan və hər hansı bir immundefisit problemi yaşayan, anadangəlmə ürək qüsuru, böyrək xəstəliyindən əziyyət çəkən uşaqlar bu xəstəliklərə görə yüksək riskli uşaqlardır. Qızılca elə bir infeksion xəstəlikdir ki, bu xəstəliyə yoluxub sağalsa belə, illər sonra həmin xəstəliyi keçirmiş uşaqda ağır nevroloji xəstəlik yarana bilər. Odur ki, bu xəstəliyə ciddi yanaşılmalıdır və tək yolu peyvənddir", - pediatr bildirib.
Onun sözlərinə görə, bu xəstəliyə yoluxma hallarında ağır pnevmoniya yarana bilir: "Bəzən ailələr deyirlər ki, Həkimlər xəstəni sağalda bilmədi. Halbuki tibb dünyası bu xəstəliyi sağalda bilmir. Biz bu xəstəliyə yoluxan şəxsləri itirə bilərik. Qızılcaya yoluxan şəxslərdə ağırlaşmalar zamanı ciyərlərdə pnevmoniya yaranır, otit, beyin toxumasının zədələnməsi ilə uşaq tələf ola bilir. Odur ki, hələ gec deyil. Nə qədər ki, bu xəstəlik ölkəmizdə yayılmayıbsa, peyvənddən kənarda qalan uşaqlar varsa, valideynlər aparıb dövlət poliklinikalarında uşaqlarına peyvənd vurdursunlar".
Qızılcadan necə qorunaq? - Pediatr açıqladıHəkim əlavə edib ki, qızılcanın müalicəsi yoxdur. Peyvənd ən önəmli çıxış yoludur: "Peyvəndləmə Səhiyyə Nazirliyi tərəfindən 2022-ci ildə yenilənmiş peyvənd təqvimi ilə aparılır. Adətən peyvənd təqvimi 12 aydır, amma epidemiya və ya təmas olan vaxtı riskli period varsa, 9-12 ay arası da uşağa peyvənd vurula bilər. Daha erkən peyvənd vurma zərurəti yaranıbsa belə, mütləq 1 yaşda ikinci doza vurulmalıdır. İkinci doza isə adətən 4-6 yaş arası olur. Qızılca peyvəndi ikinci doz vurulduqdan sonra yüksək qoruculuğa malik olur. Əgər uşağa qızılcaya qarşı bir doza peyvənd vurulubsa, ikinci doza da vurulmalıdır. Bundan başqa, məktəbdə və ya sinifdə bir uşaqda qızılca xəstəliyi varsa, digər sinif yoldaşları əgər peyvəndsizdirsə, yaxın üç gün ərzində mütləq peyvənd olunmalıdır. Bu zaman ətrafdakılar xəstəliyə yoluxsa belə, onlar bunu yüngül keçirəcəklər. Qızılca xəstəliyinin müalicəsində sadəcə yüksək miqdarda vitamin A-dan istifadə edilir. Təəssüflər olsun ki, bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur".
Pediatr bu xəstəlikdən qorunmağın yollarını peyvənddən əlavə, gigiyenik qaydalara riayət etməkdə görür: "Qapalı və insanların sıx olduğu yerlərə mümkün qədər uşaqlar aparılmasın. Valideynlər mütləq bağçaya, məktəbə gedən uşaqların peyvənd təqviminin tam olub-olmamasını yoxlasınlar. Uşağın sağlam qidalanması, immuniteti düşürən zərərli qida alışqanlıqları varsa, tərgidilməlidir. Uşağın günlük qidalanma rejiminə fikir verilməli, gigiyenik qaydalar aşılanmalıdır".
Böyüklərin qızılcaya yoluxmasına gəlincə, G.Rəsulova qeyd edib ki, onlar da uşaqlar kimi bu xəstəliyin eyni simptomlarını daşıyır: "Ağırlaşmalar pnevmoniya və insafalitlə ola bilər. Yaşlı şəxslər, immun sistemi zəif olan insanlar bu xəstəliyə yoluxarsa, onlar bunu daha ağır keçirə bilərlər. Böyüklərdə peyvəndin effektivliyi ketdikcə azaldığına görə xəstəlikdən qorunmaq üçün təkrar peyvənd olunmanın faydası var".
Milli.Az

Xəbərlər     Baxılıb: 1611   Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri