"Qızınızı aparacağıq" - Azərbaycanda ailəyə şok TƏHDİD

"Qızınızı aparacağıq" - Azərbaycanda ailəyə şok TƏHDİDBiləsuvar rayonunda bir ailə qız övladlarının öldürülməsi ilə hədələnir, aidiyyəti qurumlar isə ailənin kömək istəklərinə heç bir reaksiya vermir.

GoldNews.az xəbər verir ki, bu barədə "AzPolitika"ya rayonun Çaylı kəndində yaşayan ailənin başçısı Elçin Abışov məlumat verib. O bildirib ki, hədələyən tərəf elə öz qohumlarıdır. Belə ki, bir müddət əvvəl ailənin oğlan övladı Xaləddin Kərimov öz xalası oğlu Araz Həsənov tərəfindən borc üstündə ürəyindən bıçaqlanıb. Bundan sonra A. Həsənov həbs edilib. Həsənovlar Kərimovların şikayətlərini geri götürmələrini tələb etsə də, ailə buna razı olmayıb. Bu səbəbdən də avqustun 26-da gecə saatlarında Xaləddin Kərimov və Mirzağa Abışovun həyətlərindəki köməkçi tikililər yandılıb. Tikililər içərisindəki ot bağlamaları ilə birlikdə yanaraq külə çevrilib.

Bu əməli törədənlər, eyni zamanda evin həyət qapısına təhdid dolu cümlələr də yazıblar. Onlar Araz Həsənovun 20 gün müddətində azadlığa çıxmayacağı təqdirdə, ailənin qız övladını – Gülşən Kərimovanı öldürəcəklərinə işarə ediblər: "20 günə Araz çölə çıxmasa, Gülşən gedəcək". Digər qapıya isə "…Araz çıxmasa daha pis olacaq" deyə qeyd olunub.

Qapıda yazılan 20 günün başa çatmasına isə cəmi 1 gün qalıb.

Xaləddin Kərimovun anası Xuraman Kərimova bildirib ki, Gülşənin həyatı təhlükədədir, lakin müraciət etdikləri hər hansı qurum bu məsələyə müdaxilə etmir: "Artıq 19-cu gündür. Sabah vaxt dolur. Belə çıxır ki, Gülşənin həyatına 1 gün qalıb. Biz 19 gündür ki, yatmırıq.

Rayonun polis rəisi də bizi 19 gündür qəbul etmir. Belədirsə, bizə kömək eləsinlər ölkədən çıxaq. Evdə gəlinim var, xəstə qızım var. Qızımla bizi hədələyirlər. Deyirlər aparıb öldürəcəklər. Barışıq tələb edirlər. Biz də barışmırıq. Oğlumu yarıcan edib, indi də azadlığa çıxmaq üçün hər cürə yola əl atır. Qurama bir məhkəmə də keçirdilər, pul verib maddəni dəyişdirdilər, indi isə bizi hədələyirlər. Bir polis gəlib demir ki, nə olub, nə məsələdir. 19 gündür ki, biz gecə yatmırıq ki, indi gələcəklər, bu dəqiqə gələcəklər. Belə yaşamaq olar?"

Elçin Abışov isə Biləsuvarın DTX rəisinin qəbulunda olduğunu deyib: "Bu boyda Biləsuvar rayonunda bir məsul şəxs tapılmır ki, bizi yanına çağırsın, dərdimizi deyək. Neçə günlərdir ki, Biləsuvar rayonunda polis idarəsinin qarşısında sürünürəm. Bütün lazımi yerlərə – DİN-ə, Baş Prokurorluğa teleqram vurmuşuq. Nəticə isə sıfırdır. 102-yə zəng etmişik, deyirlər qeydiyyata almışıq. Amma nə gələn var, nə çağıran. Biləsuvarda DTX-nın rəis müavini məni çox gözəl qəbul elədi, dedi lazımi yerlərə tapşıraram, baxarlar. Amma heç kim bizi itirib-axtarmır. Biz də kişi xeylağıyıq. Nə edək? Gedək kimisə vuraq öldürək, balalarımız qalsın ortalıqda?"

Xəbərlər     Baxılıb: 2821   Tarix: 15 sentyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

toy gecesi qis geyimləri 2026 gozel gorunmek atalar sozleri ve meseller tutun faydalari həzm orqanları ehtiraslandiran sozler kosmetika rus dilini oyrenek 2ci ders faydalı məsləhətlər kurtlar vadisi novruz hakıştası webnem tovuzlu