Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdırQara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt "ədviyyatların kralı" adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərinə görə verilib.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qara istiotun müntəzəm istifadəsi qanda xolesterin və qlükoza səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bundan əlavə, o, beyin fəaliyyətini yaxşılaşdırır və yaşlanma prosesini ləngitmək potensialına malikdir.
Qara istiotun əsas faydası onun tərkibində olan piperin adlı güclü antioksidantla bağlıdır. Bu maddə orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyur, iltihab proseslərinin qarşısını almağa kömək edir və hüceyrələrin daha tez qocalmasının qarşısını ala bilir. Həmçinin piperin ultrabənövşəyi şüaların zərərli təsirinə qarşı da müəyyən qoruyucu rol oynayır.
Maraqlıdır ki, piperin başqa bir təbii antioksidant olan kurkuminin təsirini də artırır. Buna görə də mütəxəssislər sarıkök əlavə olunan yeməklərə qara istiot da qatmağı tövsiyə edirlər.
Bununla yanaşı, qara istiot güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Orqanizmdə iltihab bəzən virus və bakteriyalara qarşı müdafiə mexanizmi rolunu oynasa da, xroniki hala gəldikdə sağlamlıq üçün ciddi problemə çevrilə bilər. Qara istiotun tərkibindəki aktiv maddələr isə hüceyrələri qoruyaraq bu proseslərin qarşısını almağa kömək edir.
Araşdırmalar göstərir ki, qara istiot ürək-damar sağlamlığı üçün də faydalıdır. O, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir, damarların vəziyyətini yaxşılaşdırır və ürək xəstəlikləri riskini azalda bilər.
Bundan başqa, piperinin beyin funksiyasına müsbət təsir etdiyi də müəyyən edilib. Bu maddə diqqəti artırır, yaddaşı gücləndirir və zehni fəaliyyətin daha məhsuldar olmasına kömək edir.
Qara istiot həmçinin qidadan kalsium və selen kimi faydalı maddələrin daha yaxşı mənimsənilməsinə şərait yaradır. Bununla yanaşı, bağırsaq mikrobiomunun balansını qorumağa kömək edir ki, bu da immun sistemindən tutmuş əhval-ruhiyyəyə qədər bir çox prosesə təsir göstərir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1004   Tarix: 18 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 həkim məsləhəti yay geyimləri 2026 türk şirniyyatları tük tökən kesmikli blincik hicab kosmetika əqrəb aybawi novruz bayrami qz eviyçun hakışta vetene aid bayati