Qovrulmuş və qovrulmamış tumlar: Hansı daha faydalıdır? - ARAŞDIRMA

Qovrulmuş və qovrulmamış tumlar: Hansı daha faydalıdır? - ARAŞDIRMAGünəbaxan tumu demək olar ki, hər kəs tərəfindən sevilən məhsuldur. Bəziləri onlara qarşı daha diqqətli olmaq lazım olduğunu söyləyir, digərləri isə əksinə, onların daha çox faydasından danışır və mütləq hər gün bir ovuc tum çırtlamaq lazım olduğunu iddia edirlər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiyalı qastroenteroloq Yekaterina Kaşux bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, günəbaxan toxumlarında kalorilərin çoxu yağlardan gəlir - 100 qram məhsula təxminən 56 qram.
"Çox görünür, amma əslində tum o qədər də zərərli deyil. Onların tərkibində qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edən, ürək və qan damarlarının sağlamlığına faydalı təsir göstərən yağlar var. Bununla belə, miqdara riayət etmək vacibdir. Əgər pəhriz ümumiyyətlə balanslaşdırılmışdırsa, kifayət qədər miqdarda tərəvəz və meyvələr, həmçinin yağsız protein mənbələri və yavaş karbohidratları ehtiva edirsə, o zaman təhlükəsiz tum miqdarı təxminən 30 qramdır ki, bu da təxminən iki-üç yemək qaşığıdır", - deyə həkim qeyd edib.
Mütəxəssis standart tum paketində gündəlik kalori qəbulunun yarısı olduğunu deyərək, bunu bir dəfəyə istehlak etməməyə çağırıb.
"Bundan əlavə, başqa risklər də var. Tumların özləri o qədər də zərərli deyil. 100 qram çiy günəbaxan çırtlamaq kifayət qədər doyurucudur. Ancaq duzlu günəbaxan tumlarından danışanda vəziyyət dəyişir, ondan ayrılmaq həqiqətən çətindir. 30 qram qovrulmuş duzlu tumun tərkibində təxminən 160 mkq natrium var. Bu duzun gündəlik dəyərinin 8%-ni təşkil edir ki, bu da kifayət qədər çoxdur. Duzun uzun müddət istehlakı hipertoniya və digər ürək-damar xəstəliklərinə səbəb ola bilər. Yetkinlər üçün duz qəbulunu gündə beş qrama qədər məhdudlaşdırmaq tövsiyə olunur", - deyə həkim xəbərdarlıq edib.
O, sağlamlığa zərər vermədən tum istehlakı üçün duzsuz olanları seçmək və digər bitkilərin toxumları ilə əvəz etməyin daha yaxşı olduğunu deyib.
"Günəbaxan tumlarına çoxlu sağlam alternativlər var - balqabaq, kətan, küncüt, çia toxumları. Onları ovuc-ovuc yemək lazım deyil - müxtəlif yeməklərə, məsələn, salatlara, taxıllara, smuzilərə, yoqurtlara bir çimdik kifayətdir", - deyə Yekaterina Kaşux sözlərini bitirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1749   Tarix: 09 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

aksessuarlar toy makiyajlari geyim və ayaqqabılar bolqar biberinin faydasi qidalanma qaydaları uşaq xəstəlikləri soyuqdəymə kosmetika tanisliq dolca nağıllar novruz hakisdalari maraqli hakistalar