Qrip hər il 500 mindən çox insanı öldürür - Bu xəstələr yataq rejimində müalicə olunmalıdır

Qrip hər il 500 mindən çox insanı öldürür - Bu xəstələr yataq rejimində müalicə olunmalıdır"Özbaşına dərman qəbuluna yol verilməməlidir".

Medicina.az xəbər verir ki, professor Adil Qeybulla qrip xəstəlikləri, onun yaratdığı təhlükələr və müalicəsi barədə məlumat verib. A. Qeybulla hər bir virusun həyatın qeyri-hüceyrəvi forması, bir nukleotid zənciri olduğunu və canlı orqanizmə düşərək onun resursları hesabına yaşayıb, çoxaldığını bildirib.

Professor qeyd edib ki, ayrı-ayrı viruslar selektiv olaraq konkret hüceyrələrdə və ya bütün orqanizmin toxumalarında lövbər salaraq uzun müddət yaşayır və onları sıradan çıxarır (məsələn hepatit virusları – B,C,D,E və s.), bəziləri orqanizmdə yaşayır və mütəmadi olaraq baş qaldırır (Herpes, sitomeqalovirus və s.) və ya iltihabi-infeksion proses yaradaraq bir müddətdən sonra məhv olub gedir (qrip virusları). Qrip fransızca "grippe" sözündən götürülüb, tənəffüs yollarının iltihabı ilə müşayiət edilən kəskin infeksion prosesdir. Qrip xəstəliyi haqda ilk yazılı mənbələr 2400 il əvvəl Hippokratın qeydlərinə aididir. Xəstəlik Xristofor Kolumbun Amerikaya gəlişi ilə bağlı 1493-cü ildə Avropadan Amerikaya yayılıb. Bu zaman Antil Adalarının demək olar ki, bütün əhalisi qrip infeksiyasından tələf olub. Qrip virusuna insanlar və heyvanlar (o cümlədən quşlar) yoluxur. Qrip mövsümi epidemiya sayılır və epidemiya və pandemiya törətmək xarakterinə görə təbii çiçək, taun, vəba və sari qızdırma infeksiyaları ilə birgə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən karantin infeksiyaları qrupuna daxil edilib. Təbii çiçək uzunmüddətli vaksinasiya nəticəsində artıq dünyada qeydə alınmadığından bu reyestrdən çıxarılıb.

A. Qeybulla nəzərə çatdırıb ki, təxmini hesablamalara görə hər il dünyada 500 min nəfərə qədər insan qrip və onun fəsadlarından dünyasını dəyişir. Əslində səhiyyə sistemi mükəmməl olmayan ölkələrdə qeydə alınmayan qrip epidemiyasından ölənlər də nəzərə alınsa, bu rəqəmin daha böyük olduğu qənaətinə gələrik. Tarixdə qripin ən böyük pandemiyası 1918-ci ilə təsadüf edilir. Həmin ildə İspan qripi (H1N1 virusu) adı ilə yayılan virus il ərzində 100 milyona qədər insanın həyatına son qoyub. Bu kütləvi ölüm 1347-53 illərdə Avropa ölkələrində baş vermiş taun (qara ölüm) pandemiyasında ölənlərdən sonra (24 milyon nəfər – həmin dövr Avropa əhalisinin ¼-i qədər) ikinci böyük insan tələfatı sayılır: "Bu gün elmə qrip virusunun 3 tipi (növü) və 2000-dən artıq subtitri (genetik müxtəlifliyi, ştammları) məlumdur. Qrip viruslarının A, B və C tipləri var. Onların nukleotid strukturu bir-birinə yaxındır, sferik formalı olub diametri 80-120 nanometrə bərabərdir".

Professor bildirib ki, A tip qrip virusu ən təhlükəli və epidemiyalara səbəb olan virus sayılır, su hövzələrində yaşayan vəhşi quşlarda təsadüf edilir. 1918-ci ilin İspan Qripi və 2009-cu ilin Donuz Qripi A tip qrip virusu olan H1N1 virusunun subtitrləridir, ştammlarıdır. 2005-ci ildə yayılan Quş Qripi isə A virusunun H5N1 ştammıdır. A tip qrip virusunun digər ştammlarına H1N2, H2N2, H7N2, H7N3, H7N7, H9N2, H10N7 virusları aid edilir. A tip viruslar həm heyvanlar və quşlar, həm də insanlara yoluxur. B tip qrip virusu A tip virusa nisbətən daha az rast gəlinir. Bu virusa əsasən insanlar yoluxur. Heyvanlardan yalnız suitilərdə rast gəlinir. Mutasiya qabiliyyəti A tip virusa nisbətən 2-3 dəfə azdır, ştammları azdır və epidemiyaya meylli deyildir. Adətən erkən yaşlardan orqanizmdə B tip virusa qarşı immunitet formalaşır. C tip qrip virusu bir qayda olaraq insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Daha az yayılıb, yalnız lokal səviyyədə ocaqlı yoluxmalarla özünü göstərir:
"Qrip virusu hava damcı yolu ilə (öskürmə və asqırma) ötürülür. Ona görə də ictimai yerlərdə, insanların kütləvi toplanma yerlərində tibbi maskalardan istifadə etmək faydalıdır. Virus günəş şüası, dezinfeksiyaedici maddələrin və təmizləyici vasitələrin təsiri altında fəallığını itirir və ya məhv olur. Sabunun yaratdığı qələvi mühit də virusu inaktivasiya etmək qabiliyyətinə malik olduğundan əllərin mütəmadi olaraq sabunla yuyulması vacibdir. Qrip virusunun yaratdığı infeksion prosesin əsas əlamətləri virusa yoluxmadan 1-2 gün sonra başlayan asqırma, boğaz ağrısı, qızdırma (38-39 °C-yə qədər), öskürək, titrəmə, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, ümumi halsızlıq, zəiflik, gözlərin yaşarması, gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması, ürəkbulanma və iştahsızlıqdır. Bunlar ümumi intoksikasiya əlamətləridir. Əslində yuxarı tənəffüs yollarının katar və iltihabı ilə müşayiət olunan bütün xəstəliklərin hamısı qrip virusu ilə törədilmir.

Burada Rynovirus-lar, Adenovirus-lar, ritteksiyalar, paraviruslar, H. influenzae, S. pneumoniae və burun-udlaq zonasında parazitlik edə bilən digər mikroorqanizmlər də kəskin respirator xəstəliklər törədə bilər. Qrip xəstəliyi zamanı ölüm və ağırlaşmaların səbəbi bir sıra hallarda ikincili infeksiyanın qoşulması və onun yaratdığı ağır intoksikasiyadır. Məsələn, 2009-cu ildə yayılan Donuz qripindən ölənlərin tədqiqi zamanı məlum olub ki, onların əksəriyyəti qrip virusunun yaratdığı kəskin infeksion proses fonunda fəallaşan Streptococcus pneumoniae bakteriyasının yaratdığı ağır pnevmoniyadan, yəni ikincili inkeksiyadan ölüblər".

A. Qeybulla qripə yoluxma zamanı xəstənin yataq rejiminə keçməli olduğunu vurğulayıb. İntoksikasiya zamanı maye itkisi çox olduğundan (xüsusilə qızdırma zamanı) çoxlu maye qəbulu tələb olunur. Vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Zərərli vərdişləri (alkoqol, siqaret, qəyan və s.) qəbulu kəskinliklə dayandırmalı, skvoznyakdan və əlavə soyuqdəymədən qorunmaq lazımdır. Özbaşına dərman (xüsusilə antibiotik) qəbuluna yol verilməməlidir. Avropada qəbul edilən müalicə sxemləri aşağıdakı dərmanlar və qrip əleyhinə peyvənddən ibarətdir:

- Parasetamol 500 mg gündə 2 dəfə 3-5 gün qəbul edilir;

- Çəkiyə uyğun olaraq Tamiflu (Oseltamivir) 30, 45 və ya 75 mg dozalı suspenziya və ya kapsul gündə 2 dəfə 5-10 gün müddətində verilir (Çəki və doza preparatın üzərindəki cədvəldə vardır).

- Relenza (Zanamivir) – 7 yaş və yuxarı uşaqlar üşün gündəlik 20 mg dozada, gündə 2 dəfə (səhər, axşam) 2 inhalyasiya təyin edilir (5 gün müddətində);

Professor qeyd edib ki, inkişaf etmiş ölkələrdə qrip virusuna qarşı peyvənd mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur: "Lakin A virusu hər il yeni bir ştammla ortaya çıxdığından əvvəlki illərin vaksinləri həmişə effektli sayılmır. Yəni yeni ştamma qarşı vaksin hazırlayana qədər daha yenisi peyda olur".

Xəbərlər     Baxılıb: 1348   Tarix: 07 yanvar 2019
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Evdə ayaqyalın gəzməyin – Bu problemlərə səbəb olur

Evə gələndə ayaqqabılarınızı çıxarmaq, gərgin bir günün ardından istirahət etmək üçün ilk addımdır. Ancaq yorğun ayaqlarınızın dincəlməsinə icazə vermək, evdə tamamilə ayaqyalın gəzməyin doğru olduğu mənasına gəlmir. -a istinadə

.

Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI

Ətrafdakı əşyaların və divarların gözləri önündə hərəkət etməsi hissi baş ağrısı yaşayanlara tanışdır. Ancaq bunu yorğunluqla əlaqələndirməyin. Əslində başgicəllənmə bəzən dörd ciddi sağlamlıq probleminin əlaməti ola bilər

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Düzgün qidalanmada bitki yağları vacib rol oynayır. .   -a istinadən xəbər verir ki, lakin bəziləri qiyməti yüksək olan yağların daha sağlam olduğunu düşünür. Hansı yağları ən bahalı və faydalı adlandırmaq olar?. Arqan. Dəriy

turlar.az

sonxeber.az toy makiyajlari qis geyimləri 2024 qadin dunyasi qış geyimləri yanıltmacalar balıq və dəniz məhsulları elm aid atalar sozleri kosmetika efsaneler novruz bayramina aid hakista hakisdalar masturbasiya 8 mart