Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir
Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeksiyaları zamanı isti vanna qəbul etməyin riskli olduğunu bildirirlər. həkimlərin sözlərinə görə, isti su bədən temperaturunu daha da yüksəldə, ürək-damar sisteminə əlavə yük sala və halsızlığı artıra bilər.
Milli.Az xəbər verir ki, qrip zamanı orqanizm artıq infeksiya ilə mübarizə apardığından, isti vanna damarların genişlənməsinə səbəb olur. Bu isə başgicəllənmə, təzyiqin düşməsi, hətta huşun itirilməsi riskini artıra bilər. Xüsusilə yüksək hərarət, ürək problemləri və zəiflik olan şəxslər üçün isti vanna daha təhlükəli sayılır.
Həkimlər bildirirlər ki, bu dövrdə gigiyena məqsədilə ilıq su ilə qısa müddətli duş daha məqsədəuyğundur. Eyni zamanda bol maye qəbulu, istirahət və həkim məsləhəti ilə müalicə əsas şərt hesab olunur.
Qeyd olunur ki, hərarət normallaşdıqdan və ümumi vəziyyət yaxşılaşdıqdan sonra isti vanna qəbul etmək mümkündür. Ancaq xəstəlik dövründə bu cür addımlar sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Milli.Az









Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR