Qulunc ağrısının çarəsi nədir? - Məşhur həkimdən resept

Qulunc ağrısının çarəsi nədir? - Məşhur həkimdən reseptEl arasında qulunc adı ilə tanınan, əslində isə onurğanın düzləşdirici əzələsinin iltihabı olan miozitə daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli məkanlarda işləyənlərdə rast gəlinir.
Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
Həkim bildirib ki, əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunur ki, ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə sərt hərəkətlərlə masaj etmək olmaz.
Bəs nə etməli?
Qulunc üçün xalq təbabəti üsulları:
- 1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.
- 1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə şəklində qoyulur.
- Qoz böyüklükdə acırğa (qıtıqotu, rus dilində "хрен") kökü, bir ədəd ortaölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirib, qarışdırıb yarım saat quluncun üstündə saxlamaq olar. Bacardığınız qədər çox saxlaya bilsəniz, daha yaxşı nəticə əldə etmək mükündür.
- Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.
Miozit bəzən soyuqdəymə nəticəsində baş verir. Bu zaman 4-5 stəkan su tutan çaynikdə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü və 1 xörək qaşığı cökəçiçəyi qarışdırılaraq dəmlənir, zoğal mürəbbəsi ilə bir-iki dəfəyə yavaş-yavaş içilir. Güclü tərlədici təsir edir və qulunc nahiyəsində əzələ yumşalır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1101   Tarix: 13 fevral 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

turlar.az

donlar 2026 geyim şəkilləri toy gecesi asiq döş əmən kişilər heyvanlar hakista xina yaxdi sozleri kosmetika gulmeli hakista baldiz bayraq kahfe falı efsaneler