Quru saçlara qulluq edilməsi

Quru saçlara qulluq edilməsiBaş dərisindəki piy vəziləri kifayət qədər miqdarda dəri piyi hazırlamadığı halda, saçlar da quru olur. Adətən, baş dərisinin quruluğu üz və bədən dərisinin də quruluğu ilə birgə təsadüf edilir.
Bunun səbəbi isə daxili orqanların bir sıra xəstəlikləri (sinir, endokrin və s.) və ya irsiyyət ola bilər.
Saçların quru olmasının ən çox təsadüf edilən səbəblərindən biri - saçlara düzgün qulluq edilməməsidir. Vacib tələbat olmadan saçların çox tez-tez yuyulması, qələvi tərkibli sabundan, isti fendən, metal və keyfiyyətsiz taxta daraqlardan istifadə edilməsi, saçların tez-tez şəffaflaşdırılması, rənglənməsi və kimyəvi burulması və s. nəticəsində başın dərisi həddindən artıq dərəcədə yağsızlaşır və saçlar da quru və cansız olur.
Dəri və saçların quru olması vitamin çatışmazlığı səbəbindən də ola bilər. Ona görə də quru saçları olanlar bir çox pəhrizlərdən uzaq olmalı və öz rasionlarına hər zaman yumurta, süd, kefir, qatıq, kəsmik, pendir, kök, portağal, pomidor, yaşıl kahı, noxud, balıq, balıq yağı və s. bu kimi xeyirli məhsulları daxil etməlidirlər.
Quru dərisi olanlar üçün paltarların üzərinə bolluca şəkildə tökülən quru kəpəyin olması da xarakterik əlamətdir. Belə kəpəyin olduğu halda, mexaniki şəkildə hər gün saç şotkası ilə başı masaj etməklə ondan qurtulmaq olar. Quru saçların uclarını sistematik olaraq kəsmək lazımdır, əks halda, onlar xoşagəlməz şəkil alır.
Quru saçlar onlara xüsusi ehtiyatlılıqla qulluq edilməsini tələb edir. Onları ancaq çirklənmiş olduqları halda yumaq lazımdır, bu da, adətən, 7-10 gündən tez olmayaraq baş verir. Quru saçları sağlamlaşdırmaq məqsədi ilə onlara yumamışdan əvvəl həftədə 1 dəfə bitki yağından (zeytun, gənəgərçək, ayıpəncəsi) istifadə etməklə "yağlı hamam" prosedurası edilməlidir. Bunun üçün yağı su hamamında 40-45° C-dək qızdırdıqdan sonra üzərinə limon şirəsi əlavə edilir. Qızdırılmış bu yağı səliqə ilə saçlara çəkərək, ehtiyatla və səliqə ilə başın dərisinə sürtürlər (hopdururlar). Sonra başı sellofanla, üzərindən isə xovlu dəsmalla örtürlər. Kompresi 1-2 saat saxladıqdan sonra saçları bir qədər isti su və şampunla (sabunla - yox!) yaxşı-yaxşı yumaq lazımdır. Quru saçları yumaq üçün tərkibində lesitin, vitamin B5, çobanyastığı, cökəağacı çiçəkləri, nanə, cücərdilmiş buğda və s. olan və məhz quru saçlar üçün nəzərdə tutulan xüsusi krem-şampunlardan istifadə etmək lazımdır.
Quru saçları yuduqdan sonra su ilə yaxşı-yaxşı yaxalamaq lazımdır. Su yumşaq olmalıdır. Yumşaq su olmasa, adi suyu yumşaltmaq lazımdır.
Saçlara parıltı və həcmlilik vermək üçün yuduqdan sonra onları süzülmüş təzə dəmlənmiş çay ilə, çobanyastığı və ya cökəağacı çiçəklərindən hazırlanmış dəmləmə ilə yaxalamaq olar. Saçların keyfiyyətini artırmaq üçün onları yuduqdan sonra nanə dəmləməsi (2 xörək qaşığı nanənin üzərinə 1 stəkan qaynar su töküb 30 dəqiqədən az olmayaraq dəmlədikdən sonra süzürlər) və ya zəncirotu dəmləməsi ilə (1 xörək qaşığı doğranmış bitkinin üzərinə 1 stəkan qaynar su tökməklə hazırlanır) yaxalamaq lazımdır.
Quru saçları yuyarkən başın dərisini mütləq masaj etmək lazımdır. Yağlı saçlardan fərqli olaraq quru saçların masaj edilməsi çox vacibdir. Masaj dəridəki piy hüceyrələri tərəfindən piy hazırlanmasını stimullaşdırır ki, bu da dəridəki piy ifrazının artmasına səbəb olur. Quru saçları olanlar başın dərisini həftədə 2 dəfədən az olmayaraq masaj etməlidirlər.
Saçları yuduqdan sonra onları yumşaq dəsmal ilə səliqə ilə sıxıb, təbii yolla qurutmaq lazımdır. Quru saçların fen ilə qurudulmasına yalnız kəskin tələbat olduqda icazə vermək olar. Quru saçları həmçinin ehtiyatla daramaq lazımdır: onlar dolaşır, tez qırılır və asanlıqla yolunurlar.
Ot dəmləmələri ilə yumaqla, saçlar üçün olan balzamlardan və saçların möhkəmliyini artıran kosmetik vasitələrdən istifadə etməklə, quru saçları daha möhkəm etmək olar.
Yadda saxlamaq lazımdır ki, günəş şüaları quru saçlar üçün çox zərərlidir. Həmçinin quru saçları çox ehtiyatla boyamaq lazımdır.
Tərkibində qidalandırıcı maddələr olan və saçların müalicəsi üçün nəzərdə tutulan xüsusi ampulalar quru saçlara yaxşı təsir edir.
Qidalandırıcı maskalar quru saçlara qulluq edilməsində xüsusi rol oynayır. Onları başın dərisinə yuyulmamışdan qabaq sürtürlər. Əllərin ovuclarına bir qədər maska götürüb onu yüngül hərəkətlərlə başın dərisinə sürtərək, saçın uzunluğu boyu yayırlar. Sonra başı sellofanla örtüb dəsmal ilə bürüyürlər və 30-60 dəqiqədən sonra saçları yaxşı-yaxşı yuyurlar. Belə maskaları müntəzəm şəkildə, həftədə 2-3 dəfədən az olmayaraq etmək lazımdır.
- Saçların uzunluğundan asılı olaraq 1-2 yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırıb, başın dərisinə və saçlara sürtərək, 30 dəqiqədən sonra yumaq lazımdır.
- 2 xörək qaşığı gənəgərçək yağını 2 xörək qaşığı ayıpəncəsi yağı ilə qarışdırıb üzərinə quru saçlar üçün olan 1 xörək qaşığı şampun əlavə edin. 1 saat keçdikdən sonra maskanı xeyli miqdarda ilıq su ilə şampunsuz yumaq lazımdır.
- 5 xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq quru saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampun ilə yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək lazımdır.
- 1 yumurta sarısını 1 xörək qaşığı limon şirəsi,1 xörək qaşığı ayıpəncəsi yağı və ½ stəkan ilıq su ilə qarışdırıb saçlarınıza sürtün. 30 dəqiqədən sonra saçlarınızı yuyun.
- Lavanda və ətirşah yağları quru saçlara parıltı verir. Bu yağlarla edilən maskaları əvvəlcə ancaq dəriyə, sonra isə saçların uclarına qədər sürtürlər. 30 dəqiqə keçdikdən sonra saçları yumaq lazımdır.
- Yumurta ilə yuyulma quru və kövrək saçları zədələnmədən qoruyur və kəpəyin yox olmasına kömək edir. Bunun üçün əvvəlcədən 1 dənə yumurta bir qədər su əlavə edilməsi ilə yaxşıca çalınır. Hazırlanmış bu maskanı isladılmış saçların üzərinə çəkib başı onunla yuyurlar, sonra ilıq təmiz su ilə yaxşı yaxalayırlar.
- Başı yumamışdan 1 saat əvvəl quru saçlara gicitkənın yağ məhlulunu sürtürlər. Bu məhlulu hazırlamaq üçün 4 xörək qaşığı xırda doğranmış quru gicitkənın üzərinə ½ stəkan zeytun yağı töküb 7 gün ərzində ağzı yaxşı bağlanmış şüşə qabda saxlayın. İstifadə edilməzdən əvvəl alınan məhlulu süzün və bir qədər qızdırın.
- Quru və ya tez-tez rənglənmə nəticəsində zəifləmiş saçları yumamışdan qabaq, 10 dəqiqə ərzində başın dərisinə kətən yağı sürtməklə onu masaj etmək, sonra isə bu yağı saçların butun uzunluğu boyu çəkmək lazımdır. Bu zaman yağın yaxşı sorulması üçün saçları bir qədər buxara da vermək olar.
- 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı şaftalı yağını qazana töküb qarışdıra-qarışdıra su hamamında bir qədər qızdırmaq lazımdır. Bundan sonra yağların üzərinə 1 dənə yumurta və 1/3 stəkan qaynadılmış ilıq su əlavə olunur. Alınan maskanı başı yumamışdan 30 dəqiqə əvvəl saçlarınıza sürtün.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1662   Tarix: 06 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari oxsamalar qaraqoyunlu dərəsi qadın və kişi dolma reseptleri kosmetika vətən həsrətinə aid bayatılar qizlar maraqli hakistalar aybawi statuslar