Rektor VƏFAT ETDİ

Rektor VƏFAT ETDİAzərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Xanim.az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.

Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi kimi başlayıb. Biliyi və bacarığı hesabına qısa vaxtda kapitan vəzifəsinədək yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.

1993-1996-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, "Xəzərdənizneftdonanma" idarəsinin rəis müavini, 1996-2006-cı illərdə "British Petroleum" şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə "Günəşli" yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, "Çıraq" platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

23 senytabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Akademiyaya rəhbərlik etdiyi ilk gündən təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil prosesinin modernləşdirilməsinə çalışıb. Fəaliyyəti dövründə uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırıb.

Çingiz Əliyev Akademiyada tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunması, tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesini daim diqqət mərkəzində saxlayıb. ADDA-nın müasir dünya tələblərinə cavab verən maddi-texniki baza ilə təmin olunmasında, burada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradılmasında əvəzsiz xidmətləri olub.

"Donanmanın fəxri işçisi" olan Çingiz Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb, dövlət başçımızın 21 oktyabr 2018-ci il tarixli sərəncamı ilə "Gəmiçilik sahəsində xidmətlərə görə medalı ilə təltif edilib.

17 elmi məqalənin, beş dərsliyin müəllifi olan Çingiz Əliyev ölkənin ictimai həyatında da yaxından iştirak edirdi.

Tələbkar olduğu qədər də qayğıkeş rəhbər, səmimi insan Çingiz Mansur oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin.

Xəbərlər     Baxılıb: 1559   Tarix: 07 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü