Rəmişin xanımından ürəkparçalayan sözlər: "Ağciyərimin yarısını sənə verərəm"
Bir neçə gün öncə vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən xalq artisti, tanınmış gitara ifaçısı Rəmişin səhhətində irəliləyiş var.
Yenicag.az-a açıqlama verən sənətkarın xanımı Gülü Hüseynova onu süni nəfəs aparatından ayırdıqlarını deyib:
"Rəmiş süni nəfəs aparatından ayrılıb. Hazırda ona sistemlər qoşulur. Həkimlər hələ konkret bir söz demir. Müalicələrin bitməsini gözləyirlər".
Rəmişin oksigen çatışmazlığından əziyyət çəkdiyini deyən Gülü onu bir dəqiqə də olsun tək buraxmadığını bildirib:
"Rəmiş ağciyər xəstəliyindən əziyyət çəkir, nəfəsalmasında ciddi problemlər var. Vəziyyəti pisləşəndə əlimi tutdu və dedi ki, mənsiz qalacaqsan. Dedim ağciyərimin yarısını kəsib sənə verərəm, səni ölməyə qoymaram. O, mənim alığım nəfəs, havam, suyumdur. Onsuz bir an da yaşaya bilmərəm. Xəstəxanada da yanından çəkilmirəm, onu bir an da olsa, tək qoya bilmərəm".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir