Rəşadla Rüfət məhkəməyə gəlmədi

Rəşadla Rüfət məhkəməyə gəlmədi"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilərin məhkəməyə gəlmədiyi elan edilib.

Onları nümayəndə kimi vəkilləri əvəz edib.

Proses mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, "Space" TV-də "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.

Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.

/oxu.az

Şou Biznes     Baxılıb: 1779   Tarix: 20 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

.

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

Tanınmış müğənni Kəmalə Qaramollayeva "İllərin hesabatı" adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır. xəbər verir ki, ifaçı 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Gecəd

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

Mehriban Xanlarova buna görə verilişlərə getmir

Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb. Aktrisa bu barədə canlı yayımda olarkən danışıb. O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib. "İşləmirəm

.

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

.

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçi 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyətindən 6 il sonra sözügedə

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

turlar.az

hamiləlik makiyaj instagram toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər əllərin tərləməsi tanınmış qadın simalar hind paltarlari kosmetika qardasa aid haxistalar ekizler haxisda lakonizm qiz burcu