Rövnəq Abdullayevə yeni vəzifə verildi
Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.
Xanim.az-in məlumatına görə, əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.
Marius Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.
Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasın İcraiyyə Komitəsinin üzvü seçilib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin