Röya ilə Nigarın "Jara"dakı cəsarətli geyimləri - fotolar
Müğənni-bəstəkar Emin Ağalarovun təşkil etdiyi "Jara" musiqi festivalı başa çatıb.
Axşam.az-ın məlumatına görə, dörd gün davam edən festival çərçivəsində Rusiyanın tanınmış simaları Bakının qonağı olublar.
Əcnəbi ulduzlarla yanaşı "Jara"da səhnəyə yerli müğənnilər də çıxıblar. Müğənnilər gecədə ifaları, göstərdikləri şou ilə yanaşı geyimləriylə də diqqət çəkiblər.
Əməkdar artist Röya Ayxan qırmızı xalıya çıxan zaman bej rəngli qısa libas geyinib. Səhnədə müğənni Miri Yusiflə duet oxuyan zaman isə ifaçı qısa göbəyiaçıq göy paltardan istifadə edib.
Festivalda ən diqqətçəkən məqamlardan biri "Eurovision 2011" qalibi Nigar Camalın geyimi olub. Nigar rusiyalı duet ortağı Dima Bilanla səhnədə şou göstərib. Onun "Obnimi menya" mahnısının sədaları altındakı rəqsi qədər, geyimi də müzakirələrə səbəb olub. Camal qırmızı xalçada ombasına qədər uzun yarığı olan bej rəgli paltar geyinib. Səhnədə isə qırmızı bikinini xatırladan geyimdən istifadə edib.
Müğənni Emilya Yaqubova da "Jara"nın qonaqları sırasında yer alıb. Emilya qırmızı xalçaya boz rəngli qısa libasla çıxıb. Səhnəyə isə dekolteli və uzun yarıqlı paltarla gəlib.

















Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin