Röya qalmaqalına Aygün Kazımovadan münasibət: "Doğruları söyləyib" - VİDEO

Röya qalmaqalına Aygün Kazımovadan münasibət: "Doğruları söyləyib" - VİDEOATV-nin efirində yayımlanan "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasını bu dəfə xalq artisti Aygün Kazımova sıralayıb.

Xanim.az xəbər verir ki, 10-cu pilləyə əməkdar artist Tünzalə Ağayevanı layiq bilən xalq artisti radio proqramların birində onun yanından keçib salam verməyən həmkarına eyham vurmağı da unutmayıb: "Mən Tünzaləyə "Bakı payızı"nda da 10 bal vermişdim. Bugünkü gün də belə həmin yarışmadan kimlər sağ qalıbsa, onları görəndə qarşılarına qaçıb 5 dəfə salam verirdik. Biz heç vaxt gözləməmişik ki, onlar bizə salam versin. Eşidəndə gördüm ki, dəfələrlə bu mahnıya Tünzalənin ifasında qulaq asmışam. Lakin onun sevənlərinin öz zövqü var".

9-cu pillədə Nadir Qafarzadənin mahnısını yerləşdirən A.Kazımova onu lağa qoyub: "Nadir Qafarzadə çox istədiyim insandır. Çılğın və dəli dolçadır. Radiolarla bağlı söhbət olanda çıxıb demişdi ki, verməyin bizim mahnıları, əlbəttə Nadirin mahnısını verməzsiniz axı, o, bozbaş müğənnidir. Onun bu fikrinə o qədər gülmüşəm".

O, daha sonra Nadirin "sorry" mahnısından bir hissə oxuyaraq müğənninin yanlış seçim etdiyini deyib: "Yekə oğlansan, bu, nə mahnıdı oxumusan?"

A.Kazımova həmkarı Miri Yusifi isə beşinci pilləyə yüksəldib, bəzi müğənnilərin onu qısqandığını deyib: "Əvvəlki hit paradlarda Miri Yusifi qaralayırdılar. Bunun səbəbi isə onun sənətinə olan paxıllıqdan irəli gəlir. Bir sənət dostu nəsə səhv edirsə, hamısı media vasitəsilə çağırış edirlər. Əgər niyyətiniz safdırsa, bunu telefonla edin".

Xalq artisti əməkdar artist Röya Ayxanla İradə İbrahimovanın da qalmaqalına münasibət bildirib: "İradənin həmin sözləri pis niyyətlə dediyinə inanmıram. İçi mən qarışıq olmaqla İradə doğruları söyləyib. Şəxsən mən də yoruldum. Əsas şeyi anlayandan sonra marağım öldü. Anladım ki, bizimkilərdən kimsə orada meydan sulamayacaq, sulaya bilməyəcək. Orada şou-biznes doğru-düzgün qurulub, başqa ölkənin ifaçısı lazım deyil. Bizə pul mənbəyi kimi baxırlar. Məqsədləri bir manata olan şeyi beş manata satmaqdır".

Bir neçə il öncə məhkəmələrdə qarşı-qarşıya gəldiyi Natavanı üçüncü sırada görən Kazımova onu xeyli tərifləyib: "Dalaşdı, məhkəmələr oldu. Planet, Yer kürəsi, Yupiter və Mars məhkəməsi sonunda yoruldu. Bir müğəni kimi çox yaxşıdır. Çətin mahnılar ifa edir, orada çox gözəl səs diapazonunu nümayiş etdirir. Neçə ildir Natavanı görmürəm. Səni təbrik etməyə çatdıra bilmədim, amma indi keçmiş olsun deyirəm".

A.Kazımova səhnədə ağladığı anların Natavana pis təsir etməsinə və onun haqqında dediyi sözlərə cavab verib: "30 il sonra gördün məni, Natavan, çox gec gördün. Bu sözlər mənə xoş təsir etdi. Sənətçidən başqa onu kim anlaya bilər ki?"Günay İbrahimliyə dəstək olan Kazımova onun qarşısını heç kimin kəsə bilməyəcəyini deyib:

"Bu "çıqqılı" qızı niyə qaralayıblar, başa düşmürəm. Nə qədər görürlər səndə potensial var, ona görə əvvəlcədən daşlamağa başlayırlar. Amma başa düşmürlər ki, bu olacaqsa, qarşısını kəsmək mümkün deyil. Bacarmayacaqlar. Necə ki, əsrlər boyu kəsmək istədiklərini insanların qarşılarını kəsə bilməyiblər.

1-cı sıraya bir vaxtlar yaxın rəfiqəsi olan, son illər danışmadığı həmkarı Xalq artisti Zülfiyyə Xanbabayevanın "Etiraf" mahnısını layiq görən Aygün Kazımova onunla arasında olan söhbətin Tolikin bilməsindən narahatlıq keçirib: "Zulya ilə məni çox illər və çox hisslər bağlayır. Onun prodüseri ilə danışdığımız özəl söhbət elə bildim aramızda qalıb. Ancaq belə deyilmiş. İllərdir dostluq etdiyim bir insanın özəl söhbətimizi Tarikoşaya (red - prodüser Tarix Əliyev) danışmasını yaraşdırmıram. Hamı soyuqluq olduğunu bilirdi. Amma necə olmuşdu, niyə olmuşdu. Bu bizim aramızda olan bir sirr idi".

Sonda A.Kazımova eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunu çıxarıb: "Gəlib hara çıxmısan? Bura sənin yerindir?"(publika.az)

Xəbərlər     Baxılıb: 2522   Tarix: 25 dekabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim seçimi həkim məsləhəti geymler 2026 ancelina colinin sekilleri vannalar qarasin qizlar ucun makiyaj bilik haqqinda atalar sozu kosmetika gəncə hüzeyir hacibəyov yemek reseptleri prostat sağlıq