Rüfət "Xəzər" TV-də göründü - Efirə çıxmasına qadağa qoyulmuşdu
Rüfət "Xəzər" TV-də göründü - Efirə çıxmasına qadağa qoyulmuşdu
Bir müddət əvvəl canlı efirdə qeyri-etik ifadələr işlətdiyinə görə efirə çıxmasına qadağa qoyulan müğənni Rüfət Axundov bu gün efirdə görünüb.
Oxu.Az-ın xəbərinə görə, o, "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" proqramına qatılıb.
Müğənni sözügedən hadisə ilə bağlı açıqlama verib və üzr istəyib.
"Xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burada mənim nə günahım?
İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, hər kəsdən üzr istəyirəm".
Qeyd edək ki, "Space" TV-də yayımlanan "Hər səhər" verilişinin efiri zamanı R.Axundov qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Milli Televiziya və Radio Şurası TV-lərə şifahi xəbərdarlıq göndərib. Xəbərdarlıqda Rüfət Axundova efir qadağasının qoyulması tövsiyə edilib.
Qurumdan o da bildirilib ki, xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır.
Rəşad Əliyev /oxu.az










Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ceki Çan və Devid Bekhem Çində bir arada
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi