Rusiyanın Türkiyədəki yeni səfiri kim olacaq? – AÇIQLAMA
Rusiya Andrey Karlovun ölümündən sonra Türkiyədə boş qalmış səfirliyinə yeni başçı təyin etməyə hazırlaşır.
A24.az xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov Türkiyədə təyin olunacaq yeni səfir iddialarına şərh verib. O qeyd edib ki, Babiçin yeni səfir təyin olunmasını ilk dəfə eşidir.
Qeyd edək ki, Rusiyanın "Rojd" kanalı bundan öncə iddia edib ki, Türkiyədə yeni səfir postuna Mixail Babiç əyləşəcək.
f Paylaş