Rüşvət aldığı deyilən xanım direktor özündən çıxdı: "Axmayan ağzına da ayıb olsun..." (VİDEO)

Rüşvət aldığı deyilən xanım direktor özündən çıxdı: "Axmayan ağzına da ayıb olsun..." (VİDEO)Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.

Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda "bayrampayı" adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxladıq. Özünü direktor müavini kimi təqdim edən şəxs isə əməkdaşımızı təhqir və təhdid etdi. Onun sözlərini olduğu kimi qeyd edirik (səs qeydi təqdim edilir):

"Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! "Dux"un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin Axar.az-ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!"

Qeyd edək ki, özünü "direktor müavini" kimi təqdim etsə də, səsini və intonasiyasına görə onun məhz direktor olduğu şübhəsi yaranır. Bu cür əxlaq sahibi olan direktor və ya direktor müavininin fəaliyyət göstərdiyi məktəbdə isə işçilərin təhqir edildiyi barədə məktubda yazılanların həqiqət olduğuna inam artır.

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.

Bakı şəhər Təhsil İdarəsi isə sözügedən məktəb direktoru ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını bildirdi.

Bəs görəsən, şagirdlərə, vətəndaşlara daim nümunə olması gözlənilən təhsil əməkdaşının, direktor müavininin jurnalisti təhqir etməsinə qanun nə deyir?

Məsələ ilə bağlı Axar.az-a danışan tanınmış hüquqşünas Səməd Vəkilov bildirib ki, hər bir jurnalistin informasiya əldə etmək hüququ var:

"Direktor müavini jurnalisti təhqir edibsə, həmin müxbirin onu şikayət etmək hüququ var. Jurnalist təhqirə, şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna toxunulmasına görə Təhsil Nazirliyinə müraciət edə bilər ki, həmin şəxs cəzalandırılsın. Heç kim jurnalistə deyə bilməz ki, sən niyə bu məsləni araşdırırsan?!

Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinə görə, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz".

Qeyd edək ki, məktəb direktorunun müavini və ya direktorun təhqirləri ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib.

Xəbərlər     Baxılıb: 3256   Tarix: 29 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları qadin sayti daglar nece yaranir şirniyyat resepti süfrə bəzədilməsi düz qarın kosmetika bedii edebiyyat azərbaycan xanim.az olumu penis