Saç boyaları öldürür - Xanımlar mütləq oxusun

Saç boyaları öldürür - Xanımlar mütləq oxusun"Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır, xarici təsirlərdən qoruyur, kimyəvi tərkibli boyalar isə həmin təbəqəni dağıdır"
Milli.Az musavat.com-a istinadən bildirir ki, Böyük Britaniyada saçını boyatmaq istəyən 27 yaşlı Rayan Briqsin halı pisləşib. Onun üzü deformasiyaya uğrayaraq eybəcər hal alıb. Dərhal xəstəxanaya çatdırılan oğlanın allergiya səbəbindən bu hala düşdüyü məlum olub. Hazırda onun həyatına təhlükə yoxdur. 
Məlumdur ki, saç boyalarından bir qayda olaraq, zərif cinsin nümayəndələri istifadə edirlər. Maraqlıdır Azərbaycanda gözəllik salonlarında bu hal tez-tezmi yaşanır? Bənzər fəsadlar olurmu? Bununla bağlı araşdırma aparmaq üçün bir neçə gözəllik salonuna baş çəkib real vəziyyətlə maraqlandıq.
İlk olaraq saç ustası Maral Qurbanova bildirdi ki, allergik reaksiyalar boyaların növlərinə əsasən baş verir: "İki cür rəng var: kimyəvi və bitki tərkibli rənglər. Ən yaxşısı bitki tərkibli olanlardır. Onlar kefiyyətli və qalıcıdırlar. Saça parıltı verir və tökmür. Amonyakı çox olan rənglər isə ziyanlıdır. Çünki saçı və dərini yandırmaqla yanaşı, həssas adamlarda allergik reaksiyaya səbəb olur. Bu rənglərin bir çoxu zirzəmilərdə küstar üsulla hazırlanır. Onların tərkibi isə ümumiyyətlə, bəlli deyil. Belə müştərilərimiz çox olub. Onların gözü şişir, dəriləri qızarır. Hərə öz bədənini tanımalı və nəyə allergiyası olduğunu bilməlidir". 
Məlhəm Beynəlxalq Hospitalın həkim dermatoloq Pərviz Dadaşov deyir ki, saç boyaları cəmiyyətdə geniş yayılıb.Demək olar ki, 18 yaş üzərində olan bütün xanımlar saçlarını boyayırlar: "Boyalar 3 tipə bölünür. Birincisi keçici saç boyalarıdır. Onlar saça sürüldükdən və 1-2 dəfə yuyulduqdan sonra gedir. İkinci saç boyaları yarıqalıcıdır ki, bunlar 5-6 dəfə yuyulduqdan sonra gedir. Bunlar saçın dibinə hopmurlar. Amma ən qorxduğumuz qalıcı saç boyalarıdır ki, onların tərkibində hidrogen pereoksid və ya ammonium-hidroksid deyilən maddələr var. Bunlar saçın xarici təbəqəsindən daxilə keçdikdə keratin tərkibində olan kükürd molekulları ilə birləşir,  daha böyük həcmə gəldikləri üçün çölə çıxa bilmirlər və daim o saç rəngini dəyişirlər. Bu saç yalnız dibdən yeni saç çıxdıqda yenilənir. 
Həmin saç bir daha köhnə rənginə qayıtmır. Ən pislərdən biri də saç rəngini açan maddələrdir. Bunlar da toplumda geniş istifadə olunur. Onlar da saçı zədələyir. Saç boyalarının zərərli olub-olmaması haqda düşündükdə saçın quruluşunu bilməliyik. Saçın quruluşunda xarici təbəqə var ki, özündə su saxlayır. O, saçı xarici təsirlərdən qoruyur və nəm saxlayır. Kimyəvi tərkibli boyalar həmin təbəqəni dağıdır. Dağılan saçlar kövrək, qırılqan, quru və ətraf mühitə qarşı həssas olurlar.  
Və saç 50 faiz civarında tamlığını itirir. Saç boyalarının saçdan başqa allergik zərərləri də ola bilər. Qızartı, qaşınma verə bilər. 2006-2008-ci illərdə bəzi saç boyalarının xərçəng yaratma riski araşdırılıb və məlum olub ki, sidik kisəsi xərçənginə saç boyaları ilə məşğul olan bərbərlərdə daha çox rast gəlinib. Amma son dönəmlərdə bu araşdırmaların nəticələri tam müəyyən edilməyib". 
Onun sözlərinə görə, 2006-cı ildə Avropa Birliyinin tibib komissiyasının toplanıb saç boyalarını müzakirə etməsi nəticəsində əvvəllər saç boyalarında istifadə edilən 22 maddənin istifadəsi qadağan edilib: "Amma bu o demək deyil ki, indiki saç boyalarındakı maddələr çox yaxşıdır, yəni bunları istifadə etmək olar. Hətta organik, təbii adla istifadə edilən saç boyalarının  tərkibində orqanizmə zərərli kimyəvi maddələr var. Digər aspektdən baxdıqda insan saçını boyamaq məcburiyyətindədirsə, seçim olaraq qalıcı boyalardan istifadə etməsin. Ən idealı isə süni boyalardan istifadə etməmək, təbii-xına kimi boyalardan istifadə məsləhətdir". 
Dermatoloq Fərhad Qarayev bildirib ki, saç boyalarının tərkibində olan maddələrə qarşı bəzi insanlarda sadəcə allergik reaksiya olur: "Bu o demək deyil ki, onlar zərərlidir. Bu, sadəcə, həmin insanların həmin maddələrə qarşı həssaslığından irəli gəlir. Onlar o tərkibdə olan vasitələrdən uzaq durmalıdırlar. Bu maddələr boya, kosmetik vasitələrdə, təbii qidalarda da ola bilər. Hansısa saç boyasında hansısa maddənin zərərli ola bilməsi fikrini tədqiq etməli, araşdırmalı və tapmalıyıq". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1449   Tarix: 10 avqust 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetoloq yaz geyimleri 2026 hamiləlik dirnaq uzatmaq yollari qız bürcü payız xəstəlikləri xiyar turşusunun hazırlanması kosmetika rus dilini oyrenek 2ci ders vətənə aid novruza aid hakisdalar uşaq şeirləri sekisler