Sağlam dişlərə sahib olmağın ŞƏRTLƏRİ

Sağlam dişlərə sahib olmağın ŞƏRTLƏRİDişlərin sağlam olması üçün ən vacib şərt ona düzgün qulluq edilməsi, yəni sadə şəkildə fırçalanması ilə əlaqədardır.
Hər kəs bunu düzgün şəkildə yerinə yetirməlidir. Bundan başqa ən azı ildə iki dəfə həkim-stomatoloq tərəfindən dişlərin müayinəsi və profilaktik təmizlənməsi aparılmalıdır. Dişlər nə qədər düzgün fırçalansa da, bioloji olaraq onun üzərində pərdəcik yaranır və get-gedə diş daşı deyilən quruluş yaranır və onun da üzərində mikroblar yerləşir. Onun yalnız fırça ilə təmizlənməsi mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bunu həkim-stomatoloq Qədir Hüseynov deyib.
Onun dediyinə görə, bir və bir neçə səbəbdən törənən xəstəliklər var: "Məsələn, kariyes bir çox etioloji faktorlar nəticəsində əmələ gəlir. Dişin çürüməsi əsasən mikrobların əmələ gəlməsi nəticəsində olur. Onlar diş çökəklərində yerləşə bildiyinə görə kariyes daha çox oradan və iki diş arasından başlayır. Şirniyyatdan çox istifadə edənlərdə həmin problem daha qabarıq olur.
Dişlərin sərt toxuma xəstəliklərindən sonra ikinci yeri damaq xəstəlikləri tutur. Onun etiologiyasında ən başlıca səbəblərdən biri iltihab nəticəsində yaranan diş daşlarıdır. Diş çöpləri və saplarından düzgün istifadə edilməməsi də onun yaranması ilə nəticələnir".
Həkim-stomatoloq diş fırçaları barədə danışarkən deyib: "Əsasən orta sərtlikdə olan fırçalardan istifadə etmək məsləhət görülür. İntensiv olaraq diş ərpi yaranan xəstələrdə daha sərt, diş ətində qanamalar olanlar daha yumşaq fırçalardan istifadə etməlidirlər.
Diş məcunlarının da böyük rolu var, lakin ən əsası dişlərin düzgün fırçalanmasıdır. Elektrik diş fırçaları isə müxtəlif istiqamətlərdə sürəkli hərəkət edir, onu diş ətinə çox sıxmayaraq dişi zədələməmək şərtilə istifadə etmək olar, bərk sıxılaraq sürtülməsi isə diş əti problemi və gingivit xəstəliyinin yaranmasına aparıb çıxarır".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1646   Tarix: 24 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər